Kərəm Həsənovdan məşhur stilistə özəl jest

Kərəm Həsənovdan məşhur stilistə özəl jest
Загрузка...
"Akkord" şirkətlər qrupunun Azərbaycanda bu vaxta kimi inşa etdiyi binalarda 10 mindən artıq mənzil var. Həmin mənzilindən isə yalnız birinin rəsmi sahibi var, o məşhur stilist Anar Ağakişiyevdir.
Criminal.az xatırladır ki, dövlət başçısı İlham Əliyev sənədsiz mənzillərin sahiblərinə "kupça" verilməsi ilə bağlı fərman verib. Çoxmənzilli binaların istismarına icazə verilməsi qaydalarının sadələşdirilməsi ilə bağlı İ.Əliyevin verdiyi fərmana görə, bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla, tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarına (yaşayış komplekslərinə) çıxarış veriləcək.

Həmin qərardan sonra gözlənilirdi ki, bütün mənzillərə, həmçinin "Akkord”un inşa etdiyi mənzillərə "kupça" veriləcək. Ancaq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov prezidentin qərarından əvvəl Anar Ağakişiyevə özəl jest edib. Prezidentin fərmanı 2020-ci il yanvarın 1-dən qüvvəyə minəməsi nəzərdə tutulsa da, A.Ağakişiyev artıq heç bir mənzil sahibinin bacarmadığını illər əvvəl əldə edib.
Bu jestin arxasında nəyin dayanması elə də ciddi maraq kəsb etmir. Kərəm Həsənovla Anar Ağakişiyev arasında hansısa əlaqənin olub-olmaması haqda mətbuatda məlumat yazılmayıb. Maraqlısı odur ki, K.Həsənov stilistə "kupça” verməklə 9999 mənzil sahibini bir tərəfdə, Anar Ağakişiyevi isə bir tərəfdə saxlayıb, fərqləndirilib. Bunun səbəbi nədir? Kərəm Həsənov prezidentin qərarını oxumayıb? Qərarda hansısa özəl yanaşmadan söhbət açılmır.

Sakinlər isə bir sual düşündürür, "Akkord"dan aldıqları mənzil istismara yarayırsa, niyə bu sənədi illərdir əldə edə bilmirlər. Əksinə, yaramırsa Anar Ağakişiyevi minlərlə mənzil sahibindən fərqləndirən özəllik nədir? 
Загрузка...
Загрузка...

Xəbər lenti