Kərəm Həsənova şok ittiham: "2 milyon manat qarşılığında bu cinayətə razılıq verib..." Kərəm Həsənova şok ittiham: Kərəm Həsənova şok ittiham:

Kərəm Həsənova şok ittiham:
Загрузка...
"1996-cı ildən Sabunçu rayonu, 2-ci sahə, Yeni Ramana ünvanında yerləşən Qaz-aparat zavoduna məxsus yardımçı təsərrüfatda ailəmlə birlikdə ağacdan tikilmiş "finski” evdə, 15 sot həyətyanı sahədə yaşayır və 5 hektarlıq yardımçı təsərrüfatda əvvəlcə fəhlə, sonradan gözətçi kimi işləmişəm. Sonradan yaradılan Səhimdar cəmiyyətin üzvü-payçı olmuşam. Həmin yardımçı təsərrüfat Qaz-aparat zavoduna məxsus idi. 1998-ci ildə gözlənilməyən halda naməlum səbəblərdən Allahverdi Dəmirov adlı bir şəxs peyda olaraq həmin zavoda məxsus 5 hektar torpaq sahəsini "İstehsalat Təmir Tikinti ASC” səhmdar cəmiyyətinə korrupsiya yolu ilə keçirdi". Bu sözləri Criminal.az saytına Mehman Xəlilov deyib. 
Şikayətçi deyir ki, A.Dəmirov Təhsil Nazirliyinin Təmir Tikinti İdarəsinin müdiri işlədiyi müddətdə dövlət tərəfindən məktəb tikintiləri üçün ayrılmış kubik daşlarını və sementi, qumu mənimsəyərək həmin əraziyə gətirib yardımçı təsərrüfatın təxminən 5 hektarlıq ərazisini özünün şəxsi mülkü kimi hasara aldı. Onu da qeyd edir ki, A. Dəmirov saxtakarlıq yolu ilə həmin yardımçı təsərrüfatı səhmdar cəmiyyətə çevirərək külli miqdarda dövlət vəsaitini mənimsədi:
"Daha sonra dövlət mülkünü mənimsəmək məqsədi ilə "Dəmirli Yol Tikinti” MMC adlı qondarma qurum yaradaraq "İstehsalat Təmir Tikinti” ASC-nin sözügedən yardımçı təsərrüfatını ora keçirib. 2007-ci ildə Səhmdar cəmiyyət AKKORD dövlət təşkilatı ilə birləşdi, lakin bundan məharətlə istifadə edən A.Dəmirov 5 hektarlıq torpaq sahəsində özü üçün şəxsi fermer təsərrüfatı yaratdı. A.Dəmirovun 2011-ci ildə korrupsiya faktlarına görə vəzifədən uzaqlaşdırılması, Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən dindirilməsi, Təhsil Nazirliyinin inşa etdiyi iki məktəbin - Xəzər rayonu 123 və Suraxanı rayonu 85 saylı məktəblərin inşası zamanı ciddi pozuntuların və korrupsiya faktlarının aşkar edilməsi mətbuatdan bizə məlumdur.
Dəmirov Allahverdi mənimsədiyi dövlət əmlakını sataraq mənfəət əldə etmək üçün 9 saylı notariat kontorun rəisi Sadıqov Rəşadət, bacısı oğlu Əhmədov İlkin və hazirda e.o. polis zabiti Əhmədov Mehman kimi şəxslərlə əməkdaşlıq edir. Hazırda 5 hektarlıq ərazinin müxtəlif yerlərində yerləşən 3 tikiliyə qanunsuz yollarla çıxarış əldə etməklə Əhmədov İkin Mehman oğlunun adına sənədləşdirilib.
Məlumat üçün bildirirəm ki, 1996-cı ildən Bakı şəhəri, Sabunçu rayonu , Yeni Ramana qəsəbəsi, 2-ci sahə ünvanında dövlət tərəfindən mənə ailəmlə birlikdə yaşamaq üçün verilən zavoda məxsus dövlət mülkiyəti olan 5 hektarlıq yardımçı təsərrüfatın 15 sot torpaq sahəsində FİN evində məskunlaşmışıq. Mən zavodda əvvəlcə fəhlə, 1999-cu ildən gözətçi işləmişəm, sonradan yaradılan səhmdar cəmiyyətin üzvü olmuşam. 1996-cı ildən bu günə qədər həmin ünvanda 24 il müddətində fasiləsiz olaraq ailəmlə birlikdə yaşayırıq. Eyni zamanda onu da əlavə edim ki, yaşadığımız ev və həyətyanı sahəmizə dair bütün kommunal ödənişlər, vergilər müvafiq dövlət qurumları tərəfindən quraşdırılmış sayğaclar, normalar və qanunlar əsasında vaxtlı-vaxtında həyata keçirilir. O cümlədən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1 və 206.3 –cü maddəsinə əsasən dövlət tərəfindən mülkiyyət sahibi kimi 2014-cü il tarixindən vergi ödənişinə cəlb olunmuşuq. Bunlarla yanaşı dövlət işçisi olmağıma dair əmək müqaviləsi, iş yerindən arayış və səhmdar cəmiyyətə qoyulan qəbzlərin surəti mövcuddur.
Aldığım qeyri-rəsmi məlumatlara görə Sadıqov Rəşadət və onu himayə edənlər bu beş hektarlıq dövlət əmlakını mənimsəmək üçün bir neçə gün əvvəl ləğv edilmiş Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin rəhbəri Kərəm Həsənova rüşvət təklif etmiş, K.Həsənov 2 milyon manat qarşılığında bu cinayətə razılıq verib. Lakin S.Rəşadət və yandaşları əvvəlcə yarim milyon manat, bir muddət sonra da daha bir yarim milyon manat verərək ƏMDK rəhbərliyini özlərindən asılı vəziyyətə salıblar. Ərazinin tam bu talançı məmurlara təslim edilməsi üçün K.Həsənov söz verilən milyon manatı gözləyir. Məlumat mənə bir neçə fərqli mənbədən - Sadıqov Rəşadətin ofisində çalışanlardan, ərazidə S.Rəşadətlə yanaşı makler fəaliyyəti ilə məşğul olan bir neçə şəxsdən və S.Rəşadət bir muddət əvvəl sözügedən ərazini satmağa cəhd edərkən aldadaraq vəsaitini mənimsədiyi şəxslərdən daxil olub.  Məlumatın doğruluğunu isə ƏMDK rəhbərliyinin hərəkətləri tam təsdiqləyir.
Belə ki, ƏMDK qanunsuz olaraq yaşadığımız fin tipli taxta konstuksiyalı evi daş və beton ev kimi sənədləşdirilib, ailəmizin üstünlük hüququ pozularaq bizim yaşadığımız mənzilə sahib olmaq hüququmuz əlimizdən alınır, S.Rəşadətin bacısı oğlu Əhmədov İlkinin adına 2016 cı ildə tərtib olunan 1 illik icarə müqaviləsini qarşılığında dövlətə ödənilməli olan 20 min manata yaxın məbləğdən bir qəpik belə ödənməyib, ƏMDK rəhbərliyi də buna göz yummuşdur, dəfələrlə ƏMDK rəhbərliyinə qanunsuzluqların qarşısının alınması, həyətyanı sahəmizin qanuni şəkildə bizə satılması və ya icarəyə verilməsi üçün müraciətlər etsək də K.Həsənov şəxsi mənafeyi naminə bu müraciətlərimizin gözardı edilməsini tapşırıb və bir birini təkzib edən cavab məktubları yazmaqla vəziyyətdən çıxmağa, prezident aparatını aldatmağa çalışıb. Çox təəssüf ki, məhkəmə orqanları da bu korrupsiya şəbəkəsinə qoşulmuş, Sabunçu rayon məhkəməsinin hakimi Anar Rzayev və Baki Apellyasiya Məhkəməsinin hakimi İlham Kərimli tam qanuna zidd, şəxsi mənafe yönümlü qərar qəbul edib".
Загрузка...
Загрузка...

Xəbər lenti