Kəmaləddin Qafarova məxsus şirkətin təsisçisi sabiq nazir olub

Kəmaləddin Qafarova məxsus şirkətin təsisçisi sabiq nazir olub
"Keçmiş xarici işlər naziri, "Azərbaycan Landromatının" "qaynadıldığı" dövrdə Estoniyada ölkəmizi fövqəladə və səlahiyyətli səfir qismində (2007-2015-ci illər) təmsil etmiş Tofiq Zülfüqarov məşhur "Zəfəran" apteklərinin sahibi olan "Shafran" MMC-nin (VÖEN 1301829671) əsasını qoyan yeganə təsisçi imiş". Criminal.az xəbər verir ki, bunu araşdırmaçı jurnalist Hafiz Babalı yazıb. 

O bildirib ki, şirkət 2008-ci ildə cənab səfir Tallinndə ikən yaradılıb və onun ilk direktoru da T. Zülfüqarov özü olub. Onun sözlərnə görə, 2018-ci ilin dekabrında "Şhafran" MMC deputat, Milli Onkologiya Mərkəzinin direktoru Kamaləddin Qafarova aid olduğu bildirilən "Azeri Med" MMC-yə qoşulmaqla ləğv edildiyini elan edib. "Şirkətin tərkibinə Bakıdakı Zəfəran Hospital və ölkənin ən iri aptek şəbəkələrindən biri daxildir. "Shafran" MMC 2017-2018-ci illərdə DİN-in Daxili Qoşunlarının hərbi qulluqçuların tibbi müayinəsinin aparılması işləri üzrə iki müsabiqədə qalib gəlib", - o bildirib.
Jurnalist qeyd edib ki, sonuncu dəfə "Shafran" MMC-nin reyestr məlumatlarına 2017-ci ilin mayında dəyişiklik edilib: "T. Zülfüqarovun şirkəti nə zaman tərk etdiyi, onun inkişafına sərmayə yatırımında iştirak edib-etməməsi barədə məlumatlar şirkətin maliyyə hesabatını açıqlamaması səbəbindən ictimaiyyətə məlum deyil". 




Xəbər lenti