Kəmaləddin Heydərovun İngiltərədəki daha bir şirkəti ləğv edilir

Kəmaləddin Heydərovun İngiltərədəki daha bir şirkəti ləğv edilir
Kəmaləddin Heydərovun İngiltərədəki daha bir şirkəti ləğv edilir. Jurnalist Cavanşir Həsənlinin araşdırmasına görə, Fövqəladə Hallar nazirinin övladları Tale və Nicat Heydərovlara aid 2011-ci ildən fəaliyyət göstərən UEI PROPERTY (UK) LIMITED daşınmaz əmlak şirkətinin ləğv ediləcəyi ilə bağlı Britaniya Şirkətlər Evinə aid rəsmi "First Gazette"də martın 30-da elan verilib.
İki ay ərzində şirkətin qeydiyyatdan çıxarılması gözlənilir. Şirkətin ofisi Londonda, Lime Street 52-də yerləşən məşhur The Scalpel biznes mərkəzinin 18-ci mərtəbəsində yerləşirdi. UEI PROPERTY (UK) LIMITED Britaniyanın Virciniya adalarında qeydiyyatda olan UNITED ENTERPRISES INTERNATIONAL LIMITED şirkətinin törəməsidir.
2019-cu il maliyyə sənədlərinə görə bu şirkətin aktivləri 5 milyon funt-sterlinq (11 milyon manat) civarında olub. Heydərovlara məxsus daha iki şirkət - "Cafe Baku Limited” və "Azerbaijan Juices Limited” şirkətləri də bu ilin əvvəlində ləğv olunub.





Xəbər lenti