Kəmaləddin Heydərovun bacısı qızının Londondakı şirkəti bağlandı Kəmaləddin Heydərovun bacısı qızının Londondakı şirkəti bağlandı

Kəmaləddin Heydərovun bacısı qızının Londondakı şirkəti bağlandı
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacısı qızı Leyla Şahbazova da bu ilin iyulunda Londonda təxminən 3 il əvvəl təsis etdiyi ROSE PEARL LTD şirkətinin fəaliyyətinə xitam verib. Bu barədə jurnalist Cavanşir Həsənli araşdırma aparıb.
Jurnalist qeyd edib ki, ötən il və daha sürətli templə bu il İngiltərədə Heydərovlara məxsus şirkətlərin bir-birinin ardınca bağlanması çox ehtimal ki, siyasi qərardır. Ən azından ona görə ki, bu proses Fövqəladə Hallar nazirinin oğullarına məxsus şirkətlərlə məhdudlaşmayıb. Nazirin oğullarının ardınca bacısı qızının da şirkəti bağlanıb. 
Leyla Şahbazova keçmiş Vergilər Nazirliyinin İnsan resursları departamentinin sabiq baş direktoru Faiq Şahbazovun qızıdır. 




Xəbər lenti