Kəmaləddin Heydərov öz bacanağını qalib elan etdi Kəmaləddin Heydərov öz bacanağını qalib elan etdi

Kəmaləddin Heydərov öz bacanağını qalib elan etdi
Загрузка...
Fövqəladə Hallar Nazirliyi həmin qurumun aparatının və strukturuna daxil olan qurumların ehtiyaclarını təmin etmək üçün poliqrafiya məhsullarının satın alınması üzrə 459 379.19 manatlıq tenderin qalibini bu gün elan edib. Jurnalist Cavanşir Həsənlinin yaydığı məlumata görə, qalib elə Kəmaləddin Heydərovun öz şirkəti - CBS-PP MMC-dir. Kommersiya qurumlarının dövlət reyestri haqqında məlumat bazasında bu şirkətin 1998-ci ildən fəaliyyət göstərdiyi, qanuni təmsilçisinin isə Kəmaləddin Heydərovun bacanağı - HİKMƏT İSMAYILOV ƏBUZƏR OĞLU olduğu qeyd edilib.
Şirkət 2010-cu ildən indiyədək (sonuncu tender istisna olmaqla) əksəriyyəti FHN, Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyindən olmaqla ümumi həcmi 1 milyon manat civarında, 30-dan artıq dövlət satınalması üzrə qalib elan olunub.  


Xəbər lenti