Kəmaləddin Heydərov qəzaya düşdü Kəmaləddin Heydərov qəzaya düşdü

Kəmaləddin Heydərov qəzaya düşdü
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov qəzaya düşüb. "BakuPost”un məlumatına görə, nazirin dünən günorta saatlarında Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində xidməti maşını qəzaya düşüb.
Mühafizəçilər dərhal naziri arxadakı maşına əyləşdirərək hadisə yerindən uzaqlaşdırıblar. Yayılan videodan görünür ki, 90 AA 900 nömrə nişanlı "Mercedes” markalı avtomobil işıqforun qırmızı işığından keçərək "Maserati” markalı avtomobillə toqquşur.
Zərbənin gücündən təhlükəsiz yastıqları açılır. Həmin görüntüləri təqdim edirik:

Xəbər lenti