“Kəmaləddin Heydərov prosesə şəxsən rəhbərlik edir”

“Kəmaləddin Heydərov prosesə şəxsən rəhbərlik edir”
Загрузка...
 "İlkin vaxtlarda su çatışmazlığı var idi. Bunun qarşısını almaq üçün havaya 3 helikopter, 1 təyyarə qaldırdıq. İndi yanğın tam məhdudlaşdırılıb”. "Qafqazinfo” xəbər verir ki, bunu Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev "EuroHome”dakı yanğın yerində deyib.
O, bildirib ki, indiyə qədər yanğın ərazisinə 150 tona yaxın su tökülüb: "Hadisə yerinə 40-dan artıq yanğın texnikası, 250-dən artıq canlı qüvvə cəlb olunub, yanğının sahəsi 21 min kv metrdir. Yanğının səbəbləri hazırda araşdırılır. Cənab nazir Kəmaləddin Heydərov prosesə şəxsən rəhbərlik edir”.

Xəbər lenti