Məktəbli qətlə yetirildi

Məktəbli qətlə yetirildi
Загрузка...

Bu gün axşam saat 21:00 radələrində Zaqatala şəhəri ərazisində qətl hadisəsi törədilib. Criminal.az report-a istinadən xəbər verir ki, 15 yaşlı məktəbli bıçaqlanaraq qətlə yetirilib.

Zaqatalada çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilən məktəblinin kimliyi məlum olub. Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində qətlə yetirilən məktəblinin Zaqatala şəhəri İmam Şamil küçəsində yaşayan, 1999-cu il təvəllüdlü İbrahim Ramin oğlu Əsədzadənin olduğu məlum olub.

Aparılan araşdırma zamanı məlum olub ki, Əsədzadəni Zaqatala şəhər sakini, 2001-ci il təvəllüdlü Murad Möhsüm oğlu Məmmədov qətlə yetirib. 14 yaşlı Murad Məmmədov tutularaq istintaqa təhvil verilib. Hadisənin baş vermə səbəbləri Zaqatala rayon prokurorluğu tərəfindən araşdırılır.

Criminal.az

Загрузка...
Загрузка...

Xəbər lenti