Keçmiş polis məhkəmə zalında həbs edildi

Keçmiş polis məhkəmə zalında həbs edildi
Загрузка...
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvət verməyə təhrik etmədə təqsirləndirilən keçmiş polislər - Əli Nəcəfov və Vüsal Əliyevə hökm oxunub. "Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Azər Paşayevin icraatında olan prosesdə Əli Nəcəfov 7 il, Vüsal Əliyev isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı olmuş V.Əliyev məhkəmə zalında qandallanıb. İttihama görə, Ə.Nəcəfov Nərimanov Rayon Polis İdarəsində işləyən zaman bir neçə vətəndaşdan pul alaraq onları Daxili İşlər Nazirliyində işə düzəldəcəyi vədini verib. V.Əliyev isə öz qohumundan onu işə düzəltmək adı ilə 9 min manat pul alaraq Ə.Nəcəfova verib. Daha sonra hər iki şəxs verdikləri vədlərə əməl etməyiblər.
Daha ətraflı Əli Nəcəfov ölkədən qaçdığı üçün "İnterpol" xətti ilə axtarışa verilib və Ukraynada saxlanılıb.
Загрузка...
Загрузка...

Xəbər lenti