Keçmiş nazirin qardaşına 12 il həbs tələbi

Keçmiş nazirin qardaşına 12 il həbs tələbi
Загрузка...

Zərərçəkən Əvəz Əhmədovun həbsini yox, pulunu istəyir

17 il Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri olmuş, 2017-ci ildə bu vəzifədən azad edilən Əhməd Əhmədovun həbsdəki qardaşı Əvəz Əhmədovun işi üzrə məhkəmə araşdırmaları tamamlanıb. Yanvarın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə məhkəmə prosesində prokuror çıxış edib.

Dövlət ittihamçısı bildirib ki, Ə.Əhmədova qarşı ittihamlar – onun zərərçəkmiş Hörmət Əsgərovu qanunsuz olaraq, bir otağa salıb pul qaytarılana qədər buraxmaması, digər zərərçəkmiş Rəşad Tahirovu özünü və ailə üzvlərini məhv etməklə hədələyib 140 min dollar pul alması məhkəmə istintaqı zamanı təsdiqlənib.

Dövlət ittihamçısı çıxışının sonunda Ə.Əhmədovun 12 il azadlıqdan məhrum edilməsini istəyib.

Zərərçəkənlərdən H.Əsgərov, ümumiyyətlə, Ə.Əhmədovdan şikayət və tələbinin olmadığını, onu bağışladığını bildirib. R.Tahirov isə pulunu tələb etdiyini, lakin Ə.Əhmədovun həbsdə qalmasını istəmədiyini söyləyib.

Sabiq nazirin qardaşının məhkəməsi fevralın 6-na qədər təxirə salınıb.

R.Tahirov isə Ə.Əhmədovun həbsdə saxlanmasını istəmədiyini, lakin ona verdiyi pulun geri qaytarılmasını tələb etdiyini bildirib.

Zərərçəkmişlər R.Tahirovla H.Əsgərov qohumdular. İttihama əsasən, keçmiş nazirin qardaşı H.Əsgərova sələmlə 100 min dollar verib. H.Əsgərovdan faizi ilə birlikdə 140 min dollar pulu geri istəyəndə o, qaytara bilməyib. Buna görə də Ə.Əhmədov H.Əsgərovu özünə məxsus restorana çağırıb, orada onu döyüb, girov saxlayıb. H.Əsgərov qohumu R.Tahirova zəng edərək, ondan pulun ödənilməsində kömək istəyib. Bundan sonra sabiq nazirin qardaşı artıq R.Tahirovdan pulu tələb etməyə başlayıb, onu və yaxınlarını hədələyib, evlərinin sənədlərini əlindən alıb. Axırda 140 min dolları alandan sonra ondan əl çəkib.

Bu hadisə iki il öncə baş versə də, Ə.Əhmədov qardaşı nazir vəzifəsindən uzaqlaşdırılandan sonra cinayət məsuliyyətinə cəlb olunub. Ona qarşı Cinayət Məcəlləsinin 182.3.2 (külli miqdarda ziyan vurmaqla hədə-qorxu ilə tələb etmə) və 145-ci (qanunsuz azadlıqdan məhrumetmə) maddələri ilə ittiham irəli sürülüb.

Zərərçəkmişlərdən Hörmət Əskərov Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Tibb Xidməti rəisi, tibb xidməti polkovniki olub. Özünün məhkəmədə bidirdiyinə görə, bu qalmaqallardan sonra müdafiə nazirinin əmrilə vəzifəsindən azad edilib.

Ə.Əhmədov özü də gömrük orqanında, sərhəd xidmətində işləyib.

Загрузка...
Загрузка...

Xəbər lenti