Sabiq nazirin İtaliyada oteli üzə çıxdı - KEÇMİŞDƏ SARAY OLUB Sabiq nazirin İtaliyada oteli üzə çıxdı - KEÇMİŞDƏ SARAY OLUB

Sabiq nazirin İtaliyada oteli üzə çıxdı - KEÇMİŞDƏ SARAY OLUB
Загрузка...
Keçmiş Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun İngiltərə, Çexiya, Almaniya, Avstriya, Kipr, Latviya və Türkiyədəki çoxsaylı şirkətləri, otelləri barədə yazmışdıq. Amma demə bunlar hələ hamısı deyilmiş. Jurnalist Cavanşir Həsənli araşdırmasına görə, cənab Bağırovun daha bir oteli İtaliyadaymış, daha korrekt Romada. Otel belə adlanır - Bağırova Romada, yaxud "BAGHİROVA İN ROME". 

Otelin sahibəsi Hüseynqulu Bağırovun qızı Sevinc Bağırovadır. Buranın ayrı bir özəlliyi var. Otelin yerləşdiyi bina 1555-ci ildə inşa olunub və keçmişdə saray olub. İtaliyanın məşhur PALAZZO CARTONİ sarayı. Belə binaların tarixə böyük önəm verən Avropada dəyəri on milyonlarla ölçülür.
PALAZZO CARTONİ Romanın tarixi binalarla əhatə olunmuş hissəsində yerləşir. Otelin otaqları da klassik üslubda hazırlanıb və bahalı rəsmlərlə, dekorasiyalarla bəzədilib. Günlük qonaqlama bir nəfər üçün 129 dollardan başlayır. 
Bir nüddət əvvəl H.Bağırov mülkləri üzə çıxanda mətbuata açıqlama vermişdi. O bildirmişdi ki, məqalələrdə adları çəkilən şirkətlərin, mülklərin heç birinin sahibi nə özü, nə də onun oğludur. 













Загрузка...
Загрузка...

Xəbər lenti