Keçmiş nazir müavinini ittiham edən qohumuna 6 il 11 ay həbs

Keçmiş nazir müavinini ittiham edən qohumuna 6 il 11 ay həbs
Загрузка...

''Elnar Əsgərov ölkəyə gətirdiyi malı atasının vəzifəsindən istifadə edərək, dəfələrlə baha qiymətə dövlətə satıb''

Uzun illər Dövlət Dəmiryol İdarəsinin rəisi, daha sonra nəqliyyat nazirinin müavini olmuş Arif Əsgərovun özü və oğlunun da adı hallanan dələduzluqla bağlı cinayət işi üzrə məhkəmə başa çatıb.

Dekabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq nazir müavininin baldızı oğlu Rahib Hüseynova hökm oxunub. Hakim Mirzə Xankişiyevin sədrliyilə çıxarılan hökmə əsasən, R.Hüseynov 6 il 11 ay azadlıqdan məhrum edilib. O, polis zabiti Qoşqar Zeynalova qarşı təxminən 4 milyonluq dələduzluqda təqsirli bilinib. Dövlət Yol Polisində vəzifə sahibi olan Q.Zeynalov Tovuz Rayon İcra Hakimiyyətinin sabiq başçısı Tofiq Zeynalovun oğludur. O, Arif Əsgərovun oğlu Elnar Əsgərovla da qohumdur. Onlar bacanaqdılar.

R.Hüseynov məhkəmədə son sözündə deyib ki, bütün adamlardan, o cümlədən Q.Zeynalovdan da pulları xalası oğlu Elnar alıb. İndi bacanaqlar arasında münasibətlər yaxşı olmadığına görə Qoşqar ondan şikayət edib.

R.Hüseynovun sözlərinə görə, Qoşqardan başqa digər adamlardan da pulları Elnar Əsgərov razılaşıb almışdı. Xaricdən dəmiryolu üçün yataq dəstləri gətirib, dövlətə baha qiymətə satmaqla pul qazanılacağı və onlara da faiz veriləcəyi adıyla pullar alınıb. R.Hüseynov bildirib ki, xalası oğluna pul verənlərin demək olar, hamısı məmur övladları idi:

"Mənim günahsız olduğunu hamı bilir. Sadəcə məmur övladlarının günahının cəzasını mən çəkirəm. Arif Əsgərovun oğlunun, icra başçısının oğlunun oyunlarına görə mən həbs edilmişəm. Onlar öz imkanlarından istifadə edib, məni günahkar çıxardılar. Elnar Əsgərov ölkəyə gətirdiyi malı atasının vəzifəsindən istifadə edərək, dəfələrlə baha qiymətə dövlətə satıb. Bu işlər 2013-cü ildə başlayb. O vaxt məni tutmuşdular. İndiki kimi, onda da günahım yox idi. Arif Əsgərov gördü ki, neyləsə də, məsələ gedib onun oğluna çıxır, 40 milyonu gətirib Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində zərərçəkmişlərə ödədi. Mənim haqqımda işə xitam verildi. Günahım olsaydı, o zamandan həbs edilərdim, indi azadlığa çıxardım. Bu qədər haqsızlıq olmaz”.

R.Hüseynov əlavə edib ki, qohumlarının Dəmiryolu İdarəsində milyonları neçə ələ keçirdiklərini sübut edən sənədləri işinə Apelyasiya Məhkəməsində baxılanda ortaya qoyacaq.

Hakimlər müşavirədən sonra hökmü elan edib. Məhkəmənin hökmü ilə R.Hüseynov 9 il azadlıqdan məhrum edilib. Daha əvvəl həbsdə yatdığı müddət çıxılıb və üzərində qəti olaraq 6 il 11 ay azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

Загрузка...
Загрузка...

Xəbər lenti