Keçmiş müstəntiqdən müxalifəti ləkələməyi tələb ediblər Keçmiş müstəntiqdən müxalifəti ləkələməyi tələb ediblər

Keçmiş müstəntiqdən müxalifəti ləkələməyi tələb ediblər
Загрузка...
Keçmiş müstəntiq və siyasi məhbus Rüfət Səfərov 19 oktyabr mitinqi zamanı 30 sutka həbs edilib, təcridxanada təzyiq və təhdidlərə məruz qalıb. Bu barədə o, Turan agentliyinin "Çətin sual” proqramına müsahibəsində bildirib. Onun sözlərinə görə, 19 oktyabr mitinqinin təşkilatçı və təşviqatçılarından biri kimi əvvəldən axıra kimi meydanda olub.
Mitinqin yekunlaşmasına çox az qalmış üç polis əməkdaşı ona fiziki güc tətbiq edərək avtobusa tərəf aparıblar, başına vurublar. İnzibati qaydada həbs edilənlər üçün təcridxanada bir neçə gün onun evə telefon etməsinə imkan verlməyib ki, bu da mənəvi işgəncə olub.
Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşı onun yanına gəlib, Milli Şuranın və AXCP-nin əleyhinə ifadə verməyi, Əli Kərimlinin İranın radikal dairələrinə bağlı olduğunu bildirməyi tələb edib. Əks halda R.Səfərovu cinayət işi ilə hədələyiblər. Lakin R.Səfərov bundan imtina edib.
Загрузка...
Загрузка...

Xəbər lenti