Müğənni Ruhinin müstəntiq yeznəsi məhkəmə zalında həbs edildi Müğənni Ruhinin müstəntiq yeznəsi məhkəmə zalında həbs edildi

Müğənni Ruhinin müstəntiq yeznəsi məhkəmə zalında həbs edildi
 Bakı Şəhər Prokurorluğunun sabiq böyük müstəntiqi Müşfiq Abbasov həbs edilib. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmud Ağalarovun hökmü ilə M.Abbasov 7 il müddətinə azadlıqdan məhrum edilib.
İstintaq dövründə azadlıqda olan M.Abbasov məhkəmə zalında həbs edilib.
 
M.Abbasov müstəntiq işləyərkən icraatında olan işlər üzrə həbs edilən şəxslərin azadlığa buraxılması üçün onların yaxınlardan külli miqdarda rüşvət almaqda ittiham edilib.
Qeyd edək ki, Müşfiq Abbasov 2017-ci ildə də oxşar əməllərə görə həbs edilmişdi. Daha sonra məhkəmə ona şərti cəza verərək azadlığa buraxmışdı. 
Xatırladaq ki, M.Abbasov müğənni Ruhinin bacısının həyat yoldaşıdır.

Xəbər lenti