Keçmiş deputatın "Qaçqınkom"da MÜDHİŞ TENDER ƏMƏLİYYATI

27 İyul 2020, 21:25
27 İyul
2020
21:25
1389
Deputat Mahir Abbaszadə rəhbəri olduğu fondun 15 milyonluq sifarişini özünün təsisçisi olduğu şirkətə verib - SƏNƏDLƏR
FONDUN DİREKTORU VƏ MÜAVİNİ GÜRCÜSTANDA DA BİZNES QURUB
"AZ.İNŞAAT-M.V." MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ son bir il ərzində Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun elan etdiyi 15 milyon manatlıq 3 tenderin qalibi elan edilib. Jurnalist Cavanşir Həsənlinin araşdırmasına görə, Vergilər Nazirliyinin reyestr məlumatları bazasında şirkətin təsisçisi ilə bağlı məlumat göstərilmir, qanuni təmsilçisinin isə Abbasov Gündüz Həbib oğlu olduğu qeyd edilir. MMC-nin nizamnamə kapitalı 10 manatdır, əldə etdiyi dövlət sifarişləri Abşeron, Ağcabədi və Kürdəmir rayonlarında məcburi köçkün ailələri üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış binasının, fərdi evlərin, sosial və texniki infrastruktur obyektlərinin tikintisi işləridir.

Bunlardan biri Abşeron rayonu ərazisində tikilən 54 mənzildən ibarət olan 9 mərtəbəli 37 nömrəli binadır. Binanın smeta dəyəri 3.018.491 manatdır.
Ötən ilin fevralında fond Göyçay rayonunda 80 mənzillik yaşayış binasının tikintisinə dair «AZ.İnşaat-M.V.» MMC ilə müqavilə imzalayıb.
Müqavilənin dəyəri 4 milyon 891,447 min manat təşkil edir.
Fond tərəfindən Şeylanlı qəsəbəsində 98 ədəd fərdi yaşayış evlərinin tikintisi üçün daha bir tender keçən ilin noyabrında "AZ.İnşaat-M.V.” ММC-yə həvalə olunub. Bu layihə üzrə dövlət sifarişinin dəyəri 6 milyon 963 min 828 manat təşkil edir. Sadə kalkulyasiya hesablaması ilə 3 otaqlı kürsülü bir məcburi köçkün evi nə az-nə çox 71 min manatdan baha hesablanıb. Tikinti mütəxəssislərinin rəyinə görə belə fərdi həyət evlərinin tikintisi tikinti materiallarının mövcud parakəndə satış qiymətləri ilə 25-30 min manata başa gəlir.

"AZ.İnşaat-M.V.” MMC-nin adı əvvəlki illərdə Təhsil Nazirliyinin tenderlərində də keçir. Belə ki, MMC 2010-cu ildə Təhsil Nazirliyi Əsaslı Tikinti İdarəsinin sifarişləri əsasında Qaradağ r. D. Bəkirov ad. uşaq bağçasının təmirinə 46 867, Qaradağ r. 253 saylı orta məktəbin təmirinə isə 44 634 manat vəsait alıb.
"AZ.İnşaat-M.V.” MMC 2016-cı ilin fevralında qonşu Gürcüstanda tikinti sahəsində fəaliyyət göstərmək üçün bu ölkənin Ədliyyə Nazirliyinin Milli Qeydiyyat Agentliyində də öz filialını qeydiyyatdan keçirib.
İndi keçək Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun 15 milyon manatlıq tenderlərində "qalib" edilmiş şirkətin sirli təsisçisinin kimliyinə.

Gürcüstan Ədliyyə Nazirliyinin Milli Qeydiyyat Agentliyinə təqdim edilmiş sənədlərə görə, "AZ.İnşaat-M.V.” MMC 2007-ci ilin yanvarın 23-də təsis edilib. Əlavələrdə təqdim etdiyim sənədlərdə də qeyd olunduğu kimi şirkətin təsisçisi 100 faizlik pay hüququ ilə Sumqayıt şəhəri, 2-ci mikrorayon bina 29/69 ünvanında qeydiyyatda olan ABBASZADƏ MAHİR TAPDIQ oğludur. Bəli, 2015-ci ildən Milli Məclisin deputatı və 2018-ci ildən Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsinə təyin edilmiş Mahir Abbaszadə!

Şirkəti təsis etdiyi dövrdə o, "Zaminbank" ASC-nin "Gənclik" filialına rəhbərlik edib. Hansı ki, həmin bankın rəhbəri Nadir İsmayılov barəsində bu ayın əvvəlində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməldaşları tərəfindən 20 milyon manat vəsaitin mənimsənilməsi ittihamı həbs edilib.
Yeri gəlmişkən Mahir Abbaszadənin qardaşı, "Nikoil Bank"ın Sumqayıt filialının müdir müavini Abbas Zahir Tapdıq oğlu (Zahir Abbas) da ötən il mənimsəmə, vəzifə saxtakarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittihamı ilə cinayət məsuliyyətinə cəlb edilmişdi. Lakin deputat qardaşını həbsdən qurtara bilmişdi.
Mahir Abbaszadə parlamentdə özünün məcburi köçkün olduğu Laçın rayonunu təmsil edir, o, 1975-ci ildə Laçın rayonunun Güləbrid kəndində anadan olub.
Müsahibələrində deyir: "ELİ, OBASI PƏRƏN- PƏRƏN DÜŞƏN İNSANLARDAN BİRİ DƏ MƏNƏM".
Sənədlərdə qeyd edilir ki, 2012-ci aprelində Mahir Abbaszadə şirkəti Laçın rayonunun Güləbrid kəndindən olan yaxın qohumu İMRANOV VÜQAR İMRAN oğlunun adına keçirib. Buna qədər Vüqar İmranov şirkətin qanuni təmsilçisi olub.
Bəs Vüqar İmranov kimdir?

MƏCBURİ KÖÇKÜNLƏRİN SOSİAL İNKİŞAF FONDUNUN saytında (http://www.sfdi.gov.az/font-haqqinda-rehberlik)
qeyd olunur ki, o, 2018-ci ilin noyabrında Mahir Abbaszadə tərəfindən Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda direktor müavini vəzifəsinə təyin olunub.
Baxın, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda rəhbəri, onun müavini dövlət büdcəsindən ayrılmış külli-miqdarda vəsaiti birbaşa öz ciblərinə yönəldirlər. Həm də çəkinmədən, açıq şəkildə!
Mahir Abbaszadənin müavini Vüqar İmranov şübhəli tenderlər və Gürcüstandakı şirkətlə bağlı sualları cavabsız qoydu.
Hər halda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Mahir Abbaszadənin fondun 15 milyonluq sifarişlərini öz şirkətinə həvalə etməsinə niyə göz yumruğunu izah etməli, başqa sözlə hansı maraqlarının olduğuna komitə özü aydınlıq gətirməlidir.
Məsələyə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi münasibət bildirməyib.












Xəbər lenti
-
12:52Azərbaycanın nəzarət etdiyi ərazilərdə erməni döyüşçülərin cəsədlərinin axtarışına icazə verdiyi iddia olunur
-
12:48Fəxrəddin Manafovun xanımı vəfat etdi
-
12:46“Vəhşi Arman” “Qızıl Rövşən”i oteldə döydüklərini təsdiqləyir və onu “qorxaq” adlandırır - DUBAYDAKI NÜFUZLU DAYININ ƏMRİ
-
12:39Bloger və aktyor məhkəmə zalında həbs olundu
-
12:36“Qan içində, şüşəsi güllələnən maşınla karantin postuna gedərdilərmi?” - Polisin güllələdiyi şəxslərin məhkəməsindən
-
22:49Səfir oğlunun Rasim Məmmədovla əlaqələrini gizlətməsinin sirri - Faktlar
-
22:43Elton Məmmədovun oğlunun şikayəti ilə üzə çıxan cinayətlər - “Zaminbank”ın Müşahidə Şurasının sədrinin işi
-
22:39“Laçın təndiri”nin qarşısında heç nəyə görə tökülən qan - “ZARAFATCIL OĞLANLARIN” DAVASINA GÖRƏ 25 YAŞLI RAMİD İNDİ HƏYATDA YOXDUR...
-
22:36İtkin düşən polkovnik-leytenantın da şəhid xəbəri gəldi
-
17:22AİHM Azərbaycan hökuməti baş redakora 6 min avro ödəməlidir
-
23:38“Qara Qafur” bacısı oğlu “Qızıl Rövşən”i niyə xüsusi qəddarlıqla döydürdü... - 45 MİLYON DOLLAR, “MAYBACH” , “YUMURTA OYBEK” VƏ DAHA NƏLƏR
-
23:29“Qazanan Cahangir Əsgərov və ətrafıdır”
-
21:31Şəhid anası itkin düşüb
-
21:30Bakıda evdən 5 nəfərin meyiti tapıldı
-
21:29Bakıda məhkəmə zalında 4 dustaq qollarını ülgüclə doğradı
-
21:28Ramiz Mehdiyev 500-dən çox işçinin bağ sahəsini əlindən aldı
-
21:22Naxçıvandakı Ağbulaq Xizək Mərkəzi Vasif Talıbovun şəxsi obyektidir
-
18:45“Həmid” avtosalonu qadını özünü öldürmək həddinə çatdırıb
-
18:39Roza İlhaməyə məhkəmədə uduzdu – ÜZR İSTƏYƏCƏK
-
10:24Ramiz Mehdiyev Elmira Axundovaya Ali Məhkəmədə dəstək verəcək?
-
22:35Əli Həsənova 2 milyardlıq korrupsiya ittihamı – onun istintaqda dindirildiyi deyilir
-
22:28Azərbaycan Türkiyədən SOM qanadlı raketləri alır - 250 KİLOMETRDƏN UZAQ MƏNZİLLİ, YÜKSƏK DƏQİQLİKLİ...
-
22:25Masallıda AXCP fəalı həbs olundu
-
17:00Şuşada məktəbin təməlini Əliyev, Ərdoğan və Baxçalı birlikdə qoyacaq - “DEDİ MƏN QARDAŞIMSIZ GETMƏRƏM...”
-
16:39Prokurorluq əməkdaşının ölümündə adı hallandırılan xanım şirkət rəhbəri qandallandı
-
16:21Piyadanı küçənin ortasında bir neçə yumruq zərbəsi ilə öldürdü... - AZƏRBAYCAN VƏTƏNDAŞI HADİSƏ YERİNDƏN QAÇMAQ İSTƏDİ
-
13:47Bələdiyyə sədri və müavini məhkəmə qarşısında
-
13:44“Yayılan məlumatlar həqiqətə uyğun deyil” - DTX
-
13:43XTQ gizirinin də şəhid xəbəri gəldi
-
13:41“Turan”ın məşqçisinin tələbə oğlu intihar etdi
-
12:18Bakıda Lənkəranskinin qardaşının restoranında əməliyyat
-
01:388 yaşlı azərbaycanlı Emili dəfn etmək üçün bir aya yaxındır yer tapmırlar...
-
01:34Ali Məhkəmə "Lider" telekanalının rəhbərliyinə "yox" dedi
-
23:16Tənha ana: Bu haqsızlıq davam etsə, özümü öldürəcəm
-
23:15Azərbaycanda çörəyin qiyməti 20 faiz bahalaşıb
-
23:11Qadın güləşçi: Polislər dedi ki, belə ifadə verməsən, başını qırxacağıq
-
23:09Daha bir şəhidimiz dəfn olundu
-
23:05Azərbaycana qarşı aparılan hibrid müharibə - ƏRƏSTUN ORUCLUNUN YAZISI
-
17:36Bakıda gecəyarısı atışma – daş karxanasında baş verən hadisənin təfərrüatı
-
16:45Hansı məhbuslar əfv olunacaq?– Komissiya üzvü AÇIQLADI
03 Mart 2021
27 Fevral 2021
25 Fevral 2021
23 Fevral 2021
20 Fevral 2021
19 Fevral 2021
18 Fevral 2021
17 Fevral 2021
Digər xəbərlər
-
Sənəd, Manşet, Foto, Korrupsiya
Nazir müavini xanım məmurla Çexiyada şirkət işlədir
-
Sənəd, Manşet, Foto, Korrupsiya
23 il baş nazirin müavini olan Abid Şərifov nəvəsinə Şəkidə istirahət kompleksi tikdirib
-
Sənəd, Manşet, Foto, Korrupsiya
PALMA ADALARI VƏ 300 HEKTARLIQ ŞUŞA (Sənədlərin izi ilə)
-
Sənəd, Manşet, Foto, Korrupsiya
Sabiq nazirin gömrükçü oğlunun İsveçrədə də şirkəti varmış
-
Sənəd, Manşet, Foto, Korrupsiya
"Səs-küylü "dərman işi"nə görə məhkum edilmiş gömrük generalının oğlu İngiltərədə şirkət təsis edib
-
Sənəd, Manşet, Foto, Korrupsiya
SOS!!! KARANTİN PULLARI LONDONA GEDİR
-
Sənəd, Manşet, Foto, Korrupsiya
AKİM BƏDƏLOVUN "QARA QUTU"SU
-
Sənəd, Manşet, Foto, Korrupsiya
Keçmiş deputatın "Qaçqınkom"da MÜDHİŞ TENDER ƏMƏLİYYATI
-
Sənəd, Manşet, Foto, Korrupsiya
Deputat oğlu Londonda 1.300.000 manata ev alıb