Azərbaycanda cibgirlik edən qoca qadın tutuldu

Azərbaycanda cibgirlik edən qoca qadın tutuldu
Загрузка...

Faktla bağlı araşdırmalar davam etdirilir.

Tovuz rayonunda cibgirliklə məşqul olan 67 yaşlı qadın tutulub. Criminal.az-ın "Report"a istinadən məlumatına görə, Gəncə şəhər sakini 1958-il təvəllüdlü Güleydə Manafova Tovuz bazarında oğurluq edərkən saxlanılıb.

Criminal.az xəbər verir ki, Tovuz Rayon Polis Şöbəsindən "Report"a bildirilib ki, G.Manafova bundan əvvəl də müxtəlif rayonlarda cibgirliklə məşqul olub:

"Bazara toyuq almaq adıyla gələn G.Manafova kənardan öz həmcinslərini izləyərək onlara qarşı oğurluq edib. Rusiyada da bir neçə dəfə oğurluq edərək saxlanılan G.Manafovanın sonuncu qurbanları isə Zərnigar Müseyibova və Nüşabə İsmayılova olub. Cibgir adıçəkilən qadınların 170 manat nəğd pulunu və mobil telefonunu götürərək aradan çıxmağa çalışsa da Tovuz polisi tərəfindən saxlanılıb".

Faktla bağlı araşdırmalar davam etdirilir.

Criminal.az

Xəbər lenti