Karlov cinayəti ilə bağlı istintaq yekunlaşdı

Karlov cinayəti ilə bağlı istintaq yekunlaşdı
Загрузка...

Ankarada qətlə yetirilən rusiyalı səfir Andrey Karlovun cinayət işi ilə bağlı istintaq yekunlaşıb.

"Qafqazinfo” "Anadolu” agentliyinə istinadən xəbər verir ki, baş prokuror Adəm Akıncı Karlov cinayəti ilə bağlı iddianamənin tamamlandığını və təsdiqi üçün məhkəməyə göndəriləcəyini bildirib.

Xatırladaq ki, Andrey Karlov 2016-cı ildə qatıldığı sərgidə Mövlud Mərd Altıntaş tərəfindən silahla qətlə yetirilmiş, Altıntaş isə başqa polis tərəfindən öldürülmüşdü. Sui-qəsdə görə bəzi polis əməkdaşları da daxil olmaqla 9 nəfər həbs edilmişdi.

Загрузка...
Загрузка...

Xəbər lenti