Karantinə nəzarət üçün Azərbaycan Ordusunun bəzi bölmələri də cəlb olunub

Karantinə nəzarət üçün Azərbaycan Ordusunun bəzi bölmələri də cəlb olunub
Загрузка...
 "Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına müvafiq olaraq ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminə riayət olunmasına nəzarət etmək üçün Daxili İşlər Nazirliyinin əməkdaşlarına kömək məqsədilə təşkil edilən patrul xidmətinə Azərbaycan Ordusunun bəzi bölmələri də cəlb olunub”. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Ordusunun bölmələrinin xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar tədbirlərə cəlb edilməsi ilə bağlı sorğuya cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, hərbi qulluqçular xüsusi karantin rejimi ilə əlaqədar təyin edilmiş ərazilərdə xidmətin aparılmasında iştirak edirlər.

Xəbər lenti