Kanalda boğulan gənc ailənin tək övladı olub - 10 ildən sonra... Kanalda boğulan gənc ailənin tək övladı olub - 10 ildən sonra...

Kanalda boğulan gənc ailənin tək övladı olub - 10 ildən sonra...
Загрузка...
Ötən gün Samur-Abşeron kanalında 19 yaşlı oğlan batıb. Hadisə Samur-Abşeron kanalının Siyəzən rayonunun Zarat kəndi ərazisindən keçən hissəsində baş verib. "Qafqazinfo” xəbər verir ki, mərhumun anası Fizzə Ələkbərova oğlu İmamyarın ailənin yeganə övladı olduğu deyib:
"Qonşunun uşaqlarıyla həmişə getdiyi yollarla gəzməyə getmişdi. Hadisə beş dəqiqənin içərisində oldu. Uşaqlar dedilər ki, kömək edə bilmədik, əlimiz çatmadı. Bircə oğlum vardı, tək ümidim, pənahım idi. On ildən sonra olmuşdu”.
Qeyd edək ki, gəncin axtarışları hələ də davam etdirilir. 

Загрузка...
Загрузка...

Xəbər lenti