Kamran Ağayevin "Bandotdel" tutan bibisi oğlu azadlığa buraxılıb Kamran Ağayevin

Kamran Ağayevin
Azərbaycan milli komadasının qapıçısı Kamran Ağayevin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları tərəfindən tutulan bibisi oğlu azadlığa buraxılıb. Criminal.az xəbər verir ki, futbolçunun qohumu Şahin Heydər oğlu Həşimov ötən ilin yayında Şabran rayonunda həbs edilib.
BMCMİ-nin əməkdaşları 2019-cu ilin iyun ayında Şabran rayonunda narkotik satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib. İdarə əməkdaşları Güləndi kəndində keçirdikləri əməliyyat nəticəsində ümumilikdə 5 nəfər saxlanılıb. Əməliyyatçılar ilk olaraq Şabran stansiyası ərazisindəki kafeyə daxil olaraq Şahin, Anar, Elşən və Mehdi adlı şəxsləri yaxalayıb. Anarın yaşadığı evə gedən əməliyyatçılar maraqlı hadisənin şahidi olublar.
Məlum olub ki, Anarın tutulmasından xəbər tutan qardaşı Samir 200 ədəd çətənə kolunu "VAZ-2107" markalı avtomobilə yükləyərək izi itirmək istəyib. Polislər onu da zərərsizləşdirib.
Anar və Şahin Həşimov Bakıya gətirilib, digər şəxslər Şabran rayon Polis Şöbəsinə təhvil verilib.
Tutulan şəxslər rayon ərazisində uzun müddətdir narkotik satışını həyata keçriblər. Onlar bir neçə dəfə tutulsalar da, sonradan azadlığa çıxaraq fəaliyyətlərini davam etdiriblər. 
Criminal.az-ın əldə etdiyi məlumata görə, Ş. Həşimov artıq azadlığa buraxılıb. Onun hansı səbəbdən azadlığa buraxılması məlum deyil. 

Xatırladaq ki, polisin əməliyyatından az sonra saytımızın redaksiyasına tutulan şəxslərlə bağlılığı olan fotofakt daxil olmuşdu. Fotodan görünürdü ki, bir süfrə arxasında rayonun Post-patrul xidmətinin rəisi Zəbişah İsmayılov və cinayət-axtarış bölməsinin əməliyyatçı Çingiz Musayev əyləşmişdilər. Şəkildən də belə görünürdü ki, onların yaxşı münasibətləri var.
DİN rəhbərliyi həmin zabitlərin əməlini polis adına yaraşmayan hərəkət kimi qiymətləndirib və sərt tədbir görülmüşdü. Şabran rayon Polis Şöbəsinin Post-patrul xidmətinin rəisi Zəbişah İsmayılov və cinayət-axtarış bölməsinin əməliyyatçı Çingiz Musayevdən polis sıralarından xaric edilmişdi.

Xəbər lenti