Kadırovun tənqidçisi Fransada öteldə öldürülüb

Kadırovun tənqidçisi Fransada öteldə öldürülüb
Загрузка...
 Blogerin boğazından bir neçə dəfə bıçaq zərbəsi aldığı deyilir
Çeçenistanın lideri Ramzan Kadırovu açıq şəkildə tənqid edən bloger Fransada ölü tapılıb, onun yaxınları bu barədə məlumat verib. "Guardian” xəbər verir ki, öldürülmüş 44 yaşlı İmran Əliyev Avropada öldürülən çeçen dissidentlərin sonuncusudur. Əliyev Lille şəhərində otel otağında ölü tapılıb. O, bir neçə dəfə boğazından bıçaq zərbəsi alıb.
Əliyevin ölümünü onu yaxından tanıyan müxalif çeçen jurnalisti təsdiqləyib. Ölüm hadisəsi Avropada yaşayan və təhlükəsizliyi üçün adının çəkilməməsini istəyən başqa bir çeçen tərəfindən də təsdiqlənib. Polis Fransa mediasına cinayətin motivinin siyasi ola biləcəyindən şübhələndiklərini söyləsə də, hələ şübhəlilərin adını açıqlamayıb. Kadırova qarşı vuruşan və ya danışan mühacirətdə yaşayan çeçenlər çox vaxt sui-qəsd hədəfinə tuş gəlirlər. Keçən il keçmiş çeçen komandiri Berlindəki Klayner Tierqartendə (Kleiner Tiergarten) iki dəfə başından vurularaq öldürülmüşdü. Şübhəli sui-qəsdçi rus idi.
Kadırov Çeçenistan rəhbərliyinə Rusiya Prezidenti Vladimir Putin tərəfindən təyin edilib. Çeçenistanı tərk etdikdən sonra Belçikada məskunlaşan Əliyev tez-tez "Mansur Stariy” ("Köhnə Mansur”) təxəllüsü ilə "YouTube” kanalında Çeçenistan hökumətini tənqid edən videolar paylaşırdı. "O, amansızlıqla qətlə yetirildi,” - deyə Əliyevlə müntəzəm əlaqədə olan və Strasburqda yaşayan çeçen müxalif jurnalisti Musa Taipov yazıb. "Facebook” postunda Taipov Əliyevi ağrıkəsicilərlə çətin bir xəstəliyin öhdəsindən gəlməyə çalışan "çətin, lakin vicdanlı” biri olaraq təsvir edib. "Onlar [videolar] bəzilərini incitdilər. Başqaları üçün gülməli gəlirdilər”,- Taipov yazıb.
O, bəzən Əliyevdən "YouTube” videolarını silməsini də istəyib, - Taipov deyib və qeyd edib ki, "çox vaxt o, razı olurdu”. Avropada Çeçenistandan minlərlə qaçqın yaşayır. Onların çoxu 1990-cı ildən bəri bölgəni viran qoyan iki müharibədən qaçıb, bəziləri isə 2007-ci ildən bəri ölkəyə rəhbərlik edən Kadırovun amansız təzyiqindən qurtulmaq üçün Avropaya pənah gətirib.
Avropada və Yaxın Şərqdə tanınmış çeçenlərə edilən sui-qəsdlərin izi on ildən çoxdur ki, sürür və bu siyahıya keçmiş üsyan komandirləri və hökumət tənqidçiləri, müxaliflər daxildir. Getdikcə artmaqda olan hücumlar Kadırov üçün heç bir real siyasi təhlükə yaratmır. Əksinə hücumlar ancaq "İnstagram” və ya "YouTube” hesablarına girərək, Çeçenistanın liderindən narazılıqlarını dilə gətirən insanları hədəf almaqdadır.

Xəbər lenti