“Jurnalistsənmi, ya hər yoldan ötənə hürən küçə itisənmi?” “Jurnalistsənmi, ya hər yoldan ötənə hürən küçə itisənmi?”

“Jurnalistsənmi, ya hər yoldan ötənə hürən küçə itisənmi?”
Загрузка...
Bir neçə gündür sosial şəbəkədə araşdırmaçı jurnalist Cavanşir Həsənli ilə Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli arasında dartışma davam edir. İlk olaraq jurnalist etikası və qarşılıqlı hörmətlə söz savaşına başlayan həmkarların dartışmasında artıq ağır formalı təhqirlərə keçib.
Məsələ necə başlayıb?
Bir neçə gün əvvəl Azərbaycan məmurlarının korrupsiya əməllərini ifşa edən Cavanşir Həsənli Milli Məclisin komitə sədri, AMEA-nın vitse-prezidenti İsa Həbibəylinin oğlu Ərəstu Həbibəylinin Türkiyədə alüminium profillər istehsal edən fabriki olması ilə bağlı qısa araşdırma paylaşmışdı. Azərbaycan Respublikası Baş Nazirinin Katibliyinin rəisi işləyən Ə. Həbibbəylinin xarici ölkədəki biznesi ilə bağlı həmin araşdırma Criminal.az saytında da dərc edildi. 
Bundan sonra M.Ələsgərli "İki sahil” qəzetində "Yalançının yeni ləqəbi: "araşdırmaçı jurnalist” adlı məqalə yazdı. Müəllif həmin məqalədə Ə.Həbibbəyli, o cümlədən SOCAR əməkdaşının bahalı avtomobillə qəza törətməsi ilə bağlı yazdıqlarını yalanlamağa çalışdı. Qarşılıq olaraq C.Həsənli haqlı olduğunu göstərmək üçün Ə.Həbibbəylinin türkiyədə biznesinin olması ilə bağlı Türkiyə Ticaret Sicil Gazetesi-ndən çıxarışları paylaşdı və status yazdı:
"Araşdırma jurnalistikası əslində sənin anlaya bilməyəcəyin bir sahədir. Çünki sən qrant və layihə jurnalistikasından heç vaxt bir addım uzağı görməmisən. Şablon, mənasız və sadəcə görülməyən işlərin hesabatları. Eynən tərəf olduğun məmurların əməlləri kimi. Bilirəm, cırnadacaq bu yazdıqlarım səni, bir az da ağrıdacaq. Heç olmasa bir az da vicdanını ağrıt ki, mətbuatda sənin kimi mənasız biri var”.
Bundan sonra M.Ələsgərli ona kəskin cavab verdi. Həmin rəyi olduğu kimi təqdim edirik: "3 gündür təmkinlə yazıram, hörmətlə davranıram, izah verirəm, heç nə anlamaq istəmirsən. Ona görə sənin anlayacağın dildə deyim: Bu qənaətə gəldim ki, əməlli başlı uzunqulaq olmusan sən: anlamaz, dinləməz, dəyişməz. Kor olmusan, tutduğunu buraxmayan kor. Həm də həyasız olmusan. Bəlkə də heç əvvəldən həya, abır haqqında bir şey öyrətməyiblər sənə. Söyüş söyüb, söyüşün özünə qaytarılacağını qəbul edən abırsız. Sən jurnalistikanı küçədən keçən hər kəsə hürən itlə qarışdırırsan. Özün ikincilərə aid olduğun üçün bunun fərqini bilmirsən, amma peşəni gözdən salma. Danışığına, yazdığına diqqət et. Həddini bil. Qaçıb kiminsə kölgəsinə sığınmısan deyə, bu, məsuliyyətdən yayına bilərsən demək deyil. Sədləri bu qədər aşma. Birdəfəlik müəyyən et, jurnalistsənmi, ya hər yoldan ötənə hürən küçə itisənmi? Bunu müəyyən edə bilsən, sənəd nədir, sübut nədir, jurnalist necə işləməlidir barədə müzakirəni davam etdirərik”. 



Загрузка...
Загрузка...

Xəbər lenti