Jurnalistlərin aksiyası: Danışacağıq, yazacağıq, göstərəcəyik! Jurnalistlərin aksiyası: Danışacağıq, yazacağıq, göstərəcəyik!

Jurnalistlərin aksiyası: Danışacağıq, yazacağıq, göstərəcəyik!
Загрузка...
Prokurorluq: ''Məhdudiyyətlərin ləğvi prosesi başlayıb''
Ölkədən çıxışına qadağa qoyulmuş bir qrup jurnalist mayın 3-də Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin qarşısında etiraz aksiyası keçirib. 3 May Beynəlxalq Media Azadlığı Günüdür. Aksiya iştirakçıları 4 il əvvəl prokurorluğun qoyduğu qadağanın ləğv edilməsini və Meydan TV rəhbərliyinə qarşı açılmış cinayət işinin yekunlaşdırılmasını tələb ediblər. Onlar "Stopa Stop!”, "Xəyallar Paris, həyatlar Sınıq Körpü”, "Meydan TV-yə açılmamış cinayət işinə son!”, "Sərhədli reportyor olmaq istəmirik!” plakatları qaldırıblar. Sonra "Stopa Stop!” şüarı səsləndirilib. 
Polis aksiyanın gedişatına müdaxilə edib, onların plakatlarını, habelə prokurorluq binasının divarına yapışdırdıqları plakatları cırıb. Bundan sonra istintaq idarəsinin rəisi Eldar Əhmədov 8 aksiya iştirakçısını qəbul edib. aksiya aksiya Mənbə: meydan.tv Söhbət zamanı idarə rəisi deyib ki, onların ölkədən çıxmasına qoyulmuş məhdudiyyətlərin ləğvi prosesi başlayıb və tezliklə bu məsələ bağlanacaq.
Meydan TV ölkədə fəaliyyət göstərən xarici media qurumdu və ölkədən çıxış qadağası olan jurnalistlərin heç biri həmin cinayət işində təqsirləndirilən şəxs və ya cinayətkar deyillər. Müstəqil ekspertlər, hüquqşünaslar onlara tətbiq edilən bu qadağanı qanunsuz hesab edir, bunu onların jurnalist fəaliyyəti ilə əlaqələndirir, sırf cəza kimi tətbiq edildiyini düşünürlər. Yerli məhkəmələr bugünədək verilən şikayətlərin heç birinə müsbət cavab verməyib. Nəticədə jurnalistlər Avropa İnsan Haqları Məhkəməsinə üz tutublar. 

Avropa Məhkəməsi onlardan bəzilərinin şikayətinə baxıb və Azərbaycan hökumətini cərimələyib. Məhkəmə jurnalistlərə tətbiq edilən bu qadağanı onların hərəkət azadlığına qoyulan məhdudiyyət kimi dəyərləndirib və peşə fəaliyyətinə görə olduğunu vurğulayıb. Azərbaycan hökuməti məhkəmənin qərarı ilə razılaşıb. Həmin qərardan şikayət verməyib. Məhkəmənin qərarı martın 13-də qüvvəyə minib. Ancaq jurnalistlərin əksəriyyətinin səfər qadağası hələ də götürülməyib. Bununla da onların xaricdə təhsil, müalicə almaq, səyahət etmək imkanları əllərindən alınıb.
Загрузка...
Загрузка...

Xəbər lenti