Jurnalistləri Müdafiə Komitəsi Azərbaycanda həbs edilmiş jurnalistləri azad etməyə çağırıb

Jurnalistləri Müdafiə Komitəsi Azərbaycanda həbs edilmiş jurnalistləri azad etməyə çağırıb
Загрузка...
Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (JMK) dekabrın 11-də dünyada jurnalistlərin vəziyyəti haqqında hesabat yayıb. Sənədin Azərbaycanla bağlı hissəsində deyilir ki, ölkədə hələ də 6 jurnalist: Meydan TV ilə əməkdaşlıq edən Əfqan Muxtarlı, "Xəbər 44" saytının redaktoru Araz Quliyev, "Kend.info" saytının təsisçisi Elçin İsmayıllı, "Realliq.info" saytının rəhbəri İkram Rəhimov, "Xeberman" saytının rəhbəri Polad Aslanov və "Azadlıq" qəzetinin regional müxbiri Ziya Əsədli həbsdədir.
Həbs edilən jurnalistlərin ən çox olduğu ölkələr siyahısında Çin, Türkiyə, Səudiyyə Ərəbistanı, Ərəbistan və Misir liderlik edir. İranda son etirazlar zamanı 11 jurnalist həbs edilib. Rusiyada 7 jurnalist həbsdədir, onların dördü ilhaq edilmiş Krımda həbs edilib.

Xəbər lenti