Jurnalistləri bu dəfə kim tutdurdu?

Jurnalistləri bu dəfə kim tutdurdu?
Загрузка...
Fevralın ortalarında Türkiyənin gənc bir kəşfiyyatçısı Liviyada vəzifəsini yerinə yetirərkən həlak olur. Prezident Erdoğan şəxsən bu barədə məlumat versə də təbii olaraq, kəşfiyyatçının adını açıqlamır. Müxalifət millət vəkillərindən biri məclisdə mətbuat konfransı keçirərək Liviyada həlak olan Türk əsgərləriylə yanaşı o kəşfiyyatçının da adını açıqlayır.
Doğulduğu diyarda torpağa tapşırılan kəşfiyyatının dəfn mərasimindən görüntülər sosial mediada da paylaşılır,adı-soyadı yazılır.Və ölkənin ən böyük internet saytı da bölgə müxbirinin dəfn mərasimindən göndərdiyi xəbərə fotoları əlavə edərək yazını sayta yerləşdirir. 2019-cu ildə gündəlik oxunuş sayı 3 milyon 400 min olan saytın xəbər müdiri ertəsi gün səhərə yaxın evindən götürülərək İstanbul polis idarəsinə aparılır,gecə yarısı məhkəmə qərarıyla həbs edilir.Ertəsi gün isə saytın baş redaktoru polisə çağrılır,sonra prokurorluqda ifadə verib məhkəmə qərarı ilə həbs edilir.
Daha sonra məhkəmə tərəfindən ədliyyə nəzarəti şərtiylə sərbəst buraxılan başqa bir jurnalist prokurorun etirazıyla yenidən məhkəməyə çağırılıb həbs edilir. Hər üç jurnalistin müştərək cəhəti dini icmaların dövləti ələ keçirmələrinə və hökumətin qanunsuz işlərinə dair kitablar,məqalələr yazmalarıdır.3 jurnalistin də kitabları Türkiyənin bestcellerləri arasında yer tutur.İkisinin müştərək taleyi isə 2011-ci ilin fevralında həbs edilmələri və 20 aydan sonra sərbəst buraxılmalarına rəğmən məhkəmə prosesinin davam etməsi olub..
Bəli,Fətullahçı terror təşkilatının dövləti ələ keçirməsinə qarşı güzəştsiz mübarizə aparan www.odatv.com internet saytının sahibi Soner Yalçının,baş redaktoru Barış Pehlivanın və xəbər müdiri Barış Terkoğlunun (başqaları da vardı) istintaq və məhkəmə prosesi düz 74 ay davam etmiş,dəfələrlə dəyişdiriən məhkəmə heyətindən sonuncusu şübhəli şəxslərin hamısına bəraət vermişdi. Düz 9 ildən sonra Pehlivan və Terkoğlu yenidən Silivri həbsxanasının müdavimləridirlər.Onları o vaxt FETÖ-nün hakimləri tutmuşdu,bəs indi kim tutdu və ya tutdurdu? Jurnalistlər kütləvi şəkildə nə vaxt həbs edilir?
Jurnalist-yazarlar iki halda kütləvi şəkildə həbs edilir:1) Dövlət içində iqtidarı ələ keçirmək üçün mübarizə aparan qruplar əvvəlcə prokurorluqları və məhkəmələri öz nəzarətlərinə keçirməyə çalışırlar(FETÖ də eyni şeyi etmişdi) ;2) Ölkədə rejim dəyişikliyinə gizli hazırlıq gedir,bunu ciddi əngəl olmadan həyata keçirmək üçün ictimaiyyət üzərində böyük təsir gücü olan medianı və jurnalistləri susdurmaq lazımdır.
Kitabları və məqalələriylə Türkiyə cəmiyyətinin ən təsirli qələm sahibləri halına gələn və ölkənin ən güclü saytını işlədən jurnalist-yazarların növbəti dəfə həbs edilməsində bu səbəblərin hər iksi mövcuddur.Aylardan bəri hamı görür ki,iqtidarda böyük güc sahibi olub İstanbul məhkəmələri üzərində də gizli hökmranlıq qurmuş bir qrup nə Avropa İnsan Haqları Məhkəməsinin nə də Türkiyə Ali Məhkəməsinin məcburi qərarlarına məhəl qoyaraq jurnalistləri,alimləri,düşüncə adamlarını həbs etdirir.Bunun siyasi fakturası isə (eynilə FETÖ dönəmində tətbq edilən taktikada olduğu kimi) Ankaradakı siyasi iqtidara yazılır. Jurnalistlərin yenidən kütləvi şəkildə həbsinin ikinci səbəbi isə Türkiyədə yeni dövlət qurma planlarıyla bağlıdır.
Bu gizli plan çərçivəsində toplumda təsir gücü yüksək olan jurnalist-yazarların kütləvi şəkildə həbs etdirilərək gündə 3 milyon 400 min dəfə oxunan internet saytının qapadılması da o gizli məqsədə xidmət edir.Kəşfiyyatçının dəfn mərasimiylə bağlı xəbərin məhkəmə qərarıyla saytdan çıxarılmasından sonra sayta girişə də qadağa qoyulursa,demək,bu iş dəfn mərasimi söhbətindən çox dərinə gedib.Öz adımdan bunu deyə bilərəm ki,şəxsən mənim nəzarətimdəki bir sayta o xəbəri yerləşdirməzdim,çünki sosial mediada kifayət qədər açıq şəkildə yer almışdı və sayta reytinq qazandıracağına da inanmıram. XXİ əsrin 1/5-ni geridə qoyduğumuz vaxtda mediaya qarşı təzyiqlərin maksimum dərəcədə güclənməsi nə ilə izah edilməli? Çarə nədir? "Mətbuat azadlığıyla bağlı meydana çıxan problemləri aradan qaldırmağın çarəsi yenə mətbuat azadlığıdır”(Mustafa Kamal Atatürk)
81.5 il əvvəl vəfat edib.

Xəbər lenti