Jurnalistlər binasının komendantı saxlanıldı

Jurnalistlər binasının komendantı saxlanıldı
Jurnalistlər binasının komendantı Binyamin İsmayılov KİVDF-nin sabiq və həbsdə olan sədri Vüqar Səfərlinin ittiham edildiyi cinayət işi ilə bağlı saxlanılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, B.İsmayılov cinayət işinə təqsirləndirləndirilən şəxs qismində cəlb olunub.
Baş Prokurorluğunun mətbuat xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq məlumat təsdiqlənib. Bildirilib ki, Binyamin İsmayılov təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.
Qeyd edək ki, ləğv edilmiş KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərli də hazırda həbsdədir. O, dövlət büdcəsindən ayrılan vəsaitlərin mənimsəməkdə ittiham olunur.

Xəbər lenti