Jurnalistin ölkədən çıxışına qadağa qoyulması tələb olunur

24 Yanvar 2022, 22:39
24 Yanvar
2022
22:39
1005
Sevinc Vaqifqızı: "Almaniyaya sonuncu səfərim sistemdə görünmür”
Yanvarın 24-də Binəqədi Rayon Məhkəməsində jurnalist Sevinc Vaqifqızının (Abbasova) ölkədən çıxışına qadağa qoyulması tələbi ilə bağlı məhkəmə iclası keçirilib.
Sevinc Vaqifqızı nöbədənkənar prezident seçkisi vaxtı 251 nömrəli məktəbdə çəkdiyi və Meydan TV-də yayımlanan video-materiala görə həmin məktəbin direktor müavini Elmira Alandarova (daha sonra işdən azad olunub) ilə 3 ildir ki, məhkəmə çəkişməsindədir.
Jurnalistin evinə məktub gəlib ki, məhkəmə qərarında yazılan "videonun silinməsi, təkzib olunması, üzr istənilməsi” hissəsi icra olunmayıb. Bu səbəblə də Sevinc Vaqifqızının ölkədən çıxışına qadağa qoyulması ilə bağlı Binəqədi Rayon Məhkəməsinə müraciət edib.
Bugünkü məhkəmə prosesi hakim Səadət Səlimovanın sədrliyi ilə keçirilib.
Hakim sənədlərlə tanış olmaq üçün iclası fevralın 8-nədək təxirə salıb.
Sevinc Vaqifqızı bildirib ki, həm də icraçı Aynurə xanım məhkəməyə gəlməyib, yəni prosesin təxirə düşməsinin bir səbəbi də bu olub: "Elmira Alandarovanın həyat yoldaşı Rasət Qasımov məhkəmədə iştirak edirdi. Çıxış edəndə dedi ki, xanımı seçki günü həmin məntəqəyə Nizami Rayon İcra Hakimiyyətinin dəvətilə gedib. Zəng edib deyiblər ki, orda olmalısan, o da getməli olub.
Rasət Qasımov bildirdi ki, o məni məhkəməyə verəndə Nizami Rayon İcra Hakimiyyətinin başçısı ona zəng edib və şikayətini geri götürməsini istəyib”.
Jurnalist deyib ki, bu, icra hakimiyyətinin seçkiyə qarışa bilməyəcəyinin göstəricisidir: "Buradan məlum olur ki, icra hakimiyyətinin işi seçkiyə adam göndərmək deyil. Görünür bu, əvvəlcədən planlaşdırılmış iş olub. Çünki Rasət Qasımovun xanımı heç seçki komissiyasının üzvü də olmayıb.
Sual yaranır: Həmin gün niyə məktəbdə idi? Nə üçün getmişdi ora? Bəs icra başçısı niyə vətəndaşdan məhkəməyə verdiyi şikayəti geri götürməsini istəyir?”
Sevinc Vaqifqızına məhkəmədə bildirilib ki, Almaniyaya sonuncu səfəri sistemdə görünmür.
Onun sözlərinə görə, bütün sənədləri qaydasındadır, ölkəni qanunsuz tərk etməyib. Belə olsaydı, dönməsi mümkün olmazdı: "Mən ölkəni qanunsuz tərk etməmişəm. Pasportda möhür də var. Ölkədən qanunsuz necə çıxmışam ki, qayıda da bilmişəm? Məhkəmədə ölkədən çıxışıma qadağa qoyulması tələb edilirdi. Çünki əvvəlki məhkəmə qərarında deyilirdi ki, çəkdiyim video-material silinsin, təkzib edilsin, üzr istənilsin. Bu təkzib də "Azadlıq” qəzeti və Meydan TV-də yayımlansın. Biz də məhkəməyə "Azadlıq” qəzetinin və Meydan TV-nin təkzib vermək, materialı silmək istəmədiyi ilə bağlı məktubunu təqdim etdik. Hətta icra nümayəndəsi məhkəməyə bildirib ki, bunların hamısı olsa belə, şəxsin ölkədən çıxışına qadağa qoyulsun”.
Jurnalist Sevinc Vaqifqızı prezident seçkisində 25 saylı seçki dairəsinin 14, 15 və 16 saylı məntəqələrindəki çəkilişlərinə görə 1000 manat cərimələnib.
İyunun 25-də Ali Məhkəmə Bakı Apelyasiya Məhkəməsinin bu qərarını haqlı sayıb.
Bu üç seçki məntəqəsi 251 saylı orta məktəbdə yerləşir.
S.Vaqifqızı seçki günü həmin məktəbin direktor müavini Elmira Alandarovanın hərəkətlərini (onun məntəqələrdə davranışı, qrup şəklində səsverməyə gələnlərlə söhbəti və s.) çəkib. Həmin görüntülər "Azadlıq” qəzeti və MeydanTV-nin internet saytlarında, sosial şəbəkələrdə yayımlanıb.
Jurnalist, sadəcə, çəkdiyi görüntülərdən ibarət videomaterial hazırlayıb, şərh verməyib.
Elmira Alandarova bununla şərəf və ləyaqətinin ləkələndiyini iddia edərək jurnalisti məhkəməyə verib.
O, jurnalistdən, "Azadlıq” qəzeti və Meydan TV-dən üzrxahlıq, 2 min 500 manat da kompensasiya tələb edirdi.
Binəqədi Rayon Məhkəməsi isə belə nəticəyə gəldi ki, jurnalist ancaq materialı yayımlayarkən videoreportajın başlığını ("Direktor müavini seçkidə "karusel”ə nəzarət edir”) düzgün seçməyib.
Şərəf və ləyaqətin aşağılanması iddiası isə əsaslı sayılmayıb.
Bakı Apelyasiya Məhkəməsi isə direktor müavininin şikayəti əsasında jurnalistin üzərinə üzr istəmək və 1000 manat təzminat ödəmək öhdəliyi qoyub.
2018-ci il aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib.
Seçki dövlət başçısının istəyinə uyğun 6 ay önə çəkilib.
Bir çox müxalif siyasi qüvvələrin boykot etdiyi seçkidə hakim partiyanın namizədi İlham Əliyevin 86 faiz səslə qalib gəldiyi bildirilir.
Beynəlxalq Seçkini Müşahidə Missiyası səsvermə günü məntəqələrdə prosedurların pozulduğunu və bunun "mənfi hal” olduğunu bildirib.
Eləcə də seçkinin məhdudlaşdırıcı siyasi mühitdə, həqiqi rəqabət mühiti olmadan keçirildiyini, ölkədə ifadə azadlığının təmin edilmədiyini, digər namizədlərin Əliyevi tənqid etməkdən çəkindiklərini bəyan edib.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu isə yekun hesabatında seçki qanunvericiliyinə və seçki komissiyalarının tərkibinə yenidən baxılması, seçki müddətində baş vermiş qanun pozuntularının araşdırılması, büdcə təşkilatlarında işləyənlərə dövlət qurumları və ya siyasi partiyalar tərəfindən təzyiq göstərilməməsi ilə bağlı bir sıra tövsiyələr verib.
Hakimiyyət təmsilçiləri bu tənqidləri qəbul etməyib.
Xəbər lenti
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
-
23:45“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
23:41Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
23:35Mariupol doğum evinə hava zərbəsi: 17 yaralı
-
23:32Tələt Əliyev axtarışa verildi
-
23:29Çernobıl AES-də işıq tamamilə kəsildi - “48 saat sonra sızma qaçılmaz olacaq”
-
23:28Rusiya Ukraynadakı əməliyyatlarda çağırışçıların olmasını etiraf etdi
-
15:54Rusiyanın 15 milyon dollarlıq “Pantsir” kompleksi və daha bir neçə texnikası qənimət götürüldü
-
15:51Ukrayna MN: "Rusiya qoşunları əsas səyləri Kiyevin mühasirəyə alınmasına yönəldib"
-
15:47“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
04 Mart 2022
Digər xəbərlər
-
Manşet, Cəmiyyət
"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
Manşet, Cəmiyyət
Bakıya yeni prokuror təyin edildi
-
Manşet, Cəmiyyət
Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
Manşet, Cəmiyyət
Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
Manşet, Cəmiyyət
Elmira Axundova haradadır?
-
Manşet, Cəmiyyət
Qubad İbadoğlu: “Putin üçün gözlənilməz nəticələr…”
-
Manşet, Cəmiyyət
Eldar Həsənovun övladları prezidentə müraciət etdi
-
Manşet, Cəmiyyət
"Bəyannamənin həyata keçirilməsi, müşküldür, çünki..."
-
Manşet, Cəmiyyət
Kürdəmirə də yeni başçı təyin olundu