Jurnalistin öldürülməsində şübhəli bilinənlərin bir qisminə ölüm hökmü tələb edilib

Jurnalistin öldürülməsində şübhəli bilinənlərin bir qisminə ölüm hökmü tələb edilib
Загрузка...

Ər-Riyadda Qaşıqçının öldürülməsi ilə bağlı məhkəmə başlayıb

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində jurnalist Camal Qaşıqçının (Jamal Khashoggi) öldürülməsində ittiham edilən 11 nəfərin məhkəməsi başlayıb.

"BBC”nin verdiyi xəbərə əsasən, prokurorluq ittiham olunanlardan 5 nəfərə ölüm hökmü tələb edib. 

Məhkəmənin detalları hələlik açıqlanmır.

Ümumilikdə işlə bağlı 18 nəfər həbs edilib.

C.Qaşıqçının oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbulda konsulluğunda öldürüldüyü bildirilir.

Jurnalist konsulluğa yeni sənədləri əldə etmək üçün gəlmişdi.

İlk açıqlamalarında Səudiyyə Ərəbistanının rəsmiləri jurnalistin ölüm faktını inkar etsələr də, sonradan hadisənin konsulluğun binasında baş verdiyini və bunun qətl olduğunu etiraf etməyə məcbur olub.

ABŞ jurnalistin ölümünə görə, rəsmi Ər-Riyadı sanksiyalarla hədələyib. 

Türkiyənin istintaq orqanlarının məlumatına görə, C.Qaşıqçını öldürdükdən sonra onun bədəni ayrı-ayrı hissələrə bölünüb və konsulluğun binasından çıxarılıb. Amma bu günə qədər jurnalistin qalıqları tapılmayıb.

Türkiyə hüquq-mühafizə orqanları noyabrın əvvələrində bəyan ediblər ki, Səudiyyə Ərəbistanı izləri itirmək üçün Türkiyəyə mütəxəssislər göndəriblər və onların arasında kimyaçı və toksikoloq olub.

Türkiyə hakimiyyəti rəsmi Ər-Riyaddan qətldə şübhəli bilinən şəxslərin verilməsini və məhkəmənin Türkiyədə keçirilməsini tələb ediblər. Amma Səudiyyə hakimiyyəti buna etiraz edərək, ölkənin vətəndaşlarının mühakimə olunmaq üçün başqa ölkəyə verilməyəcəyini bildiriblər.

Загрузка...
Загрузка...

Xəbər lenti