Jurnalistin döyülməsi məsələsi araşdırılır

Jurnalistin döyülməsi məsələsi araşdırılır
Загрузка...
 Zaur Qəmbərov ƏƏSMN-in əməkdaşı tərəfindən döyüldüyünü deyir Daxili İşlər Nazirliyi (DİN) jurnalist Zaur Qəmbərovun döyülməsinə münasibət bildirib. Jurnalistin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Gədəbəy rayon şöbəsinin rəhbəri Elsun Xudaverdiyev və onun sürücüsü İsfəndiyar Qələndərov tərəfindən döyüldüyü bildirilirdi.
DİN əməkdaşı Eşqin Qasımov bildirib ki, ilkin materiallar toplanıb və baxılması üçün aidiyyəti üzrə Gədəbəy Rayon Prokurorluğuna göndərilib.
"Anews.az” xəbər portalının müxbiri Zaur Qəmbərov mayın 4-də şikayətçi sorğusu əsasında araşdırma aparmaq üçün DSMF-nin Gədəbəy rayon şöbəsində olarkən həmin şöbənin rəhbəri Elsun Xudaverdiyev və özünü onun sürücüsü kimi təqdim edən İsfəndiyar Qələndərov tərəfindən döyüldüyünü söyləmişdi. Jurnalistin mobil telefonunun həmin şəxslər tərəfindən sındırıldığı deyilirdi.

Xəbər lenti