Jurnalistin atasının evi qarət edilidi – pul, qızıl aparıldı…

Jurnalistin atasının evi qarət edilidi – pul, qızıl aparıldı…
Загрузка...
Dünən gecə "Bakı-Xəbər” qəzetinin baş redaktor müavini Tahir Tağıyevin atasının "Yeni Ramana” qəsəbəsi, 2-ci sahə adlanan ərazidə olan evi qarət edilib. Bu barədə məlumatı "Azinforum"a Tahir Tağıyevin özü verib.
Onun sözlərinə görə, oğrular gecə, hamının yatdığı vaxt pəncərədən evə daxil olub: "Evdən qızıl və pul aparıblar. Həyətdə qardaşımın avtomobilini içinə də daxil olublar. Aidiyyəti üzrə polis bölməsinə məlumat verdik. 12-ci bölmənin əməkdaşları lazım olan ilkin hərəkətləri icra etdilər. Ümid edirəm ki, cinayəti törədənlər tez bir zamanda tapılıb, layiqli cəzalarını alacaqlar”.
Загрузка...
Загрузка...

Xəbər lenti