''Jurnalistə qarşı qeyri-insani davranış yolverilməzdir''

''Jurnalistə qarşı qeyri-insani davranış yolverilməzdir''
Загрузка...
Dünya Azərbaycanlıları Assambleyası Moskvada saxlanılan jurnalistlə bağlı müraciət yayıb Dünya Azərbaycanlıları Assambleyası jurnalist Fuad Abbasovun Moskvada saxlanılması ilə bağlı Rusiya hüquq mühafizə orqanları rəhbərlərinə, oradakı Azərbaycan səfirliyinə və təşkilatlara müraciət edib.
Criminal.az saytına da daxil olan müraciətdə bildirilir ki, jurnalist saxlanılarkən mənəvi, fiziki işgəncə görüb. Ona qarşı bu cür rəftar qəbuledilməzdir: "Bu addım Rusiyanın insan haqlarının qorunması ilə bağlı götürdüyü öhdəliklərə, beynəlxalq hüquq normalarına ziddir. Ölkənin qoşulduğu beynəlxalq konvensiyalara uyğun deyil. Bu hadisə həm Rusiyada, həm də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarda təəssüf və hiddət doğurub. Jurnalistə qarşı qeyri-insani davranış göstərənlərin təcili cəzalandırılmasını rica edirik”.
DAA-nın Azərbaycan Respublikasının Rusiyadakı səfirliyinə müraciətində isə deyilir ki, Azərbaycan vətəndaşına qarşı bu cür aşağılayıcı davranış yolverilməzdir və diqqətdə saxlanılmalıdır: "Ölkəmizi təmsil edən bir səfir olaraq Azərbaycan vətəndaşına qarşı bu olayı şəxsi nəzarətinizə götürməyi, qeyri-insani davranış sərgiləyənlərin ciddi cəzalanmasına nail olmanızı rica edirik”.
Azərbaycanlı jurnalist Fuad Abbasov mayın 18-də Moskvada saxlanılıb. O, Rusiyanın paytaxtı Moskva şəhərində yaşayır və burada fəaliyyət göstərirmiş. F. Abbasovun Rusiyadan deportasiya edilməsini buradakı bir neçə azərbaycanlı icması tələb edib. Bu tələblə məhkəməyə də müraciət ediblər. Moskva Məhkəməsi isə mayın 7-də "Xarici vətəndaşın və vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyası ərazisinə girişinə qadağa qoyulması" adlı 2737/2019 nömrəli işə baxıb.
Proses mayın 17-də yekunlaşıb. Bir gün sonra Rusiyanın hüquq-mühafizə orqanları məhkəmənin qərarı ilə F.Abbasovu saxlayıblar. Hazırda jurnalistin Azərbaycana deportasiya edilməsi üçün prosedurlar həyata keçirilir.
Загрузка...
Загрузка...

Xəbər lenti