Jurnalist Anar Məmmədov yenidən həbs təhlükəsi ilə üzləşib - EKSPERT RƏY VERDİ

Jurnalist Anar Məmmədov yenidən həbs təhlükəsi ilə üzləşib - EKSPERT RƏY VERDİ
Загрузка...
Criminal.az saytının baş redaktoru Anar Məmmədov yenə həbs təhlükəsi ilə üzləşib. Ağdam Rayon Məhkəməsində "Məlahət" MMC-nin rəhbəri Məlahət Qurbanovanın iddiası üzrə məhkəmə prosesi bərpa olunur. Proses iyunun 4-nə təyin edilib.
İddianın səbəbi iki məqalədir:
Məqalələrdə Qurbanova ilə keçmiş əmək naziri Füzuli Ələkbərov arasında qeyri-yaşayış sahəsinə görə çəkişmədən söhbət gedir. M.Qurbanova iddia edir ki, lombardla məşğul olmur və jurnalisti keçmiş nazirin maraqlarını müdafiə etməkdə ittiham edir. O, jurnalistin CM-in 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə mühakimə olunmasını tələb edir. Yanvar ayında ekspertizanın təyin edilməsi və "Lombard Malaxat” ifadəsində təhqirin olub-olmamasının aydınlaşdırılması ilə əlaqədar proses qeyri-müəyyən müddətə təxirə salınıb.
A.Məmmədovun sözlərinə görə, ekspertiza qeyd edib ki, sözün lüğəti izahına görə "Lombard" sözü təhqiramiz məna ifadə etmir. Lakin M.Qurbanova cəmiyyətdə, kollektivdə, onu tanıyan şəxslər arasında "Lombard Məlahət" ayaması ilə tanınmırsa, kütləvi yayımlarda belə bir adla indiyədək təqdim edilməyibsə və bu ayama Criminal.az saytında bilə-bilə, qəsdən işlədilibsə, onda məqsədyönlü şəkildə M.Qurbanovanın şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumat hesab edilə bilər. A.Məmmədov ekspertlərin rəyi ilə razılaşmayıb və kimsəyə böhtan atmadığını, heç kimi təhqir etmədiyini bildirib.
Media sahəsində ekspert Xalid Ağəliyev, ümumiyyətlə, mediaya, jurnalistlərə ictimai müzakirələr kontekstindəki yazılarına görə cinayət məsuliyyəti tələb edilməsinin həm ölkənin imicinə mənfi çalarlar qatdığını, həm də ifadə azadlığı hüququ ilə qanunvericiliyə uyğun olmadığını vurğulayıb.
"Ümumən, belə işlərdə gecikmədən mütərəqqi məhkəmə təcrübəsi formalaşdırılmalıdır. Artıq Azərbaycanla bağlı bir neçə işdə Avropa məhkəməsi "jurnalisti yazısına görə cinayət məsuliyyətinə cəlb etmək olmaz” yanaşmasını ifadə edib. Həmin qərarlar tələb edir ki, bu pis təcrübə tamamilə aradan qaldırılsın. Məhkəmələrin əlində ekspert rəyinə ehtiyac duymadan belə şikayətləri dərhal geri çevirmək üçün kifayət qədər qanunvericilik alətləri var. Məhkəmələrimiz həm yerli qanunlara, nadir olsa da bəzi yerli məhkəmə qərarlarına, Avropa məhkəməsinin present hüququna istinad edə bilər. Qanuni fəaliyyət növünün adının doğrudan da bu fəaliyyətlə məşğul olan fərdə xitabən işlədilməsinin cinayət hüquqi kontekstdə mübahisələndirilmnəsi gülüncdür”.
Müdafiə tərəfi iddianı əsassız hesab edir, çünki materiallarda diffamasiya əlamətləri yoxdur. Başlıqda sahibkarın fəaliyyət sahəsi göstərilib və bu, onun müəssisəsinin adında qeydə alınıb. Nəhayət, jurnalistin diffamasiya üzrə cinayət məsuliyyətinə cəlb edilməsi Avropa İnsan Hüquqları Konvensiyasına və Avropa məhkəməsinin qərarlarına ziddir.
Qeyd edək ki, məhkəmə A.Məmmədovu təqsirli bilərsə, onu iki ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir və üstəlik, hazırda şərti olaraq çəkdiyi 5,5 il müddətinə azadlıqdan məhrumetmə cəzası. Bu cəzanı o 2018-ci ildə Gəncənin keçmiş rəhbəri Elmar Vəliyevə sui-qəsdlə bağlı criminal .az saytında dərc edilən yazılarla əlaqədar səlahiyyət və vəzifə saxtakarlığında, dövlət əleyhinə çağırışlarda ittiham edilərək alıb. A.Məmmədovun barəsində hökmü bir sıra beynəlxalq jurnalist təşkilatları, həmçinin ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Arlem Dezir pisləyiblər.

Xəbər lenti