JMK: “Azərbaycan hakimiyyəti jurnalistlərin iddialarını tam araşdırmalıdır”

17 Fevral 2022, 00:05
17 Fevral
2022
00:05
880
"Polislər bölmədə jurnalistləri dəfələrlə söyüb, təhqir ediblər”
"Azərbaycan hakimiyyəti Bakıda keçirilən etiraz aksiyasını işıqlandırarkən saxlanılan üç jurnalistə qarşı polisin zorakılığı ilə bağlı iddiaları araşdırmalı və bütün media mənsublarının sərbəst işləməsinə icazə verməlidir”.
Jurnalistləri Müdafiə Komitəsinin (JMK) 16 fevral açıqlamasında belə deyilir.
Komitə bildirir ki, fevralın 15-də reportyorlar – Fatimə Mövlamlı, Sevinc Sadıqova və Teymur Kərimov polis zorakılığına məruz qalıblar.
JMK-nin Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Gülnoza Səid deyib ki, Azərbaycan hakimiyyəti jurnalistlərin polisin kobud rəftarına dair iddiaları tam araşdırmalıdır.
O həmçinin qeyd edib ki, belə hadisələrin təkrarlanmaması üçün ciddi addımlar atmalıdır.
"Hökumətyönlü və tənqidi nəşrlərin jurnalistləri özbaşına həbsdən və polis zorakılığından qorxmadan nümayişləri işıqlandırmaqda azad olmalıdırlar”, – deyə Gülnoza Səid bildirib.
Gülnoza Səid qeyd edib ki, Teymur Kərimov döylməsi ilə bağlı JMK-yə özü məlumat verib: "Kərimov deyib ki, polis əməkdaşları onu maşına mindirərkən qolundan və dizindən vurublar. Bundan sonra Səbail rayonu 9-cu polis bölməsinə aparıblar, yarım saat sonra ittiham irəli sürmədən sərbəst buraxıblar”.
Koordinator zərərçəkmiş jurnalistlərə istinadən bildirib ki, Mövlamlı və Sadıqova da bölmədə təzyiqə məruz qalıblar:
"Polis bölməsində onları administrasiyanın binasını çəkməkdə ittiham ediblər. Amma jurnalistlər deyirlər ki, onlar etirazçılar Prezident Administrasiyasından bir neçə küçə uzaqda olduğu zaman saxlanılıblar. Polis əməkdaşları jurnalistlərdən kadrları silməyi tələb ediblər”.
"Mövlamlını iki dəfə yerə yıxıblar, dəfələrlə onun ayaqlarına və qarnına təpiklə vurublar. Polislər həmçinin Sadıqovanı və Mövlamlını dəfələrlə söyüb, təhqir ediblər. Mövlamlını isə "fahişə” adlandırıblar. Daha sonra zabitlər Mövlamlını və Sadıqovanı Bakı Şəhər Baş Polis İdarəsinə aparıblar, dörd saat sonra ittiham irəli sürmədən buradan sərbəst buraxıblar”, – açıqlamada vurğulanır.
Komitənin açıqlamasında qeyd olunub ki, polislər həmçinin saxlanılan şəxslərə jurnalist kimi fəaliyyət göstərmək hüququna malik olmadıqlarını deyiblər: "2022-ci il fevralın 8-də qüvvəyə minən "Media haqqında” yeni qanuna görə, onlar jurnalistlərin reyestrinə daxil edilməyiblər”.
JMK şərh almaq üçün elektron poçt vasitəsilə Azərbaycan Daxili İşlər Nazirliyinə müraciət edib, amma cavab almayıb.
JMK-nın araşdırmalarına görə, S.Sadıqovanın həyat yoldaşı Əfqan Sadıqov 4 il müddətinə həbs edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Meydan TV-yə bildirib ki, jurnalistlərin işi nəzarətə götürülüb:
"Artıq bu olayın araşdırılması üçün müvafiq tapşırıqlar verilib. Hazırda məsələ araşdırılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.
Xəbər lenti
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
-
23:45“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
23:41Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
23:35Mariupol doğum evinə hava zərbəsi: 17 yaralı
-
23:32Tələt Əliyev axtarışa verildi
-
23:29Çernobıl AES-də işıq tamamilə kəsildi - “48 saat sonra sızma qaçılmaz olacaq”
-
23:28Rusiya Ukraynadakı əməliyyatlarda çağırışçıların olmasını etiraf etdi
-
15:54Rusiyanın 15 milyon dollarlıq “Pantsir” kompleksi və daha bir neçə texnikası qənimət götürüldü
-
15:51Ukrayna MN: "Rusiya qoşunları əsas səyləri Kiyevin mühasirəyə alınmasına yönəldib"
-
15:47“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
04 Mart 2022
Digər xəbərlər
-
Manşet, Cəmiyyət
"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
Manşet, Cəmiyyət
Bakıya yeni prokuror təyin edildi
-
Manşet, Foto, Cəmiyyət
Prezident XTQ-nin hərbi hissəsində
-
Manşet, Foto, Cəmiyyət
“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
Manşet, Cəmiyyət
Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
Manşet, Cəmiyyət
Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
Manşet, Foto, Cəmiyyət
Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
-
Manşet, Cəmiyyət
Elmira Axundova haradadır?
-
Manşet, Cəmiyyət
Qubad İbadoğlu: “Putin üçün gözlənilməz nəticələr…”