Abbasovun qardaşı azadlığa necə çıxdı? - Pərdəarxası

Abbasovun qardaşı azadlığa necə çıxdı? - Pərdəarxası
Загрузка...

 Xəbər verdiyimiz kimi, Azərbaycan baş nazirinin sabiq birinci müavini Abbas Abbasovun qardaşı Nadir Abbasov bu gün azadlığa buraxılıb. “Qafqazinfo” Abbasovun sərbəst buraxılmağının bəzi detallarını əldə edib. Nadir Abbasov Beynəlxalq Bankdan 9 milyon dollar məbləğində kredit götürüb qaytarmadığı üçün saxlanılıbmış. Bir müddət öncə isə o, rəsmi ərizə yazaraq həmin pulu qaytaracağına söz verib. Bundan sonra birbaşa Baş Prokuror Zakir Qaralovu özü onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğvi üçün təqdimat verib. 

 Bu gün Nərimanov rayon məhkəməsində təqdimata baxılıb və N.Abbasov məhkəmə zalından azadlığa buraxılıb. Qeyd edək ki, bir müdət öncə Nizami Piriyev də eyni qayda ilə sərbəst buraxılmışdı. Xatırladaq ki, Nadir Abbasov bu il iyunun 26-da Beynəlxalq Bank və qaytarılmayan kreditlər işi ilə bağlı DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdı.

Criminal.az

Xəbər lenti