İtaliyadan gələn azərbaycanlılar karantinə yerləşdirildi - HAVA LİMANINDAN GÖRÜNTÜ İtaliyadan gələn azərbaycanlılar karantinə yerləşdirildi - HAVA LİMANINDAN GÖRÜNTÜ

İtaliyadan gələn azərbaycanlılar karantinə yerləşdirildi - HAVA LİMANINDAN GÖRÜNTÜ
İtaliyada təhsil alan və ölkəyə dönən azərbaycanlı tələbələrin müayinəsinin həyata keçirilməsinin təşkilinə Təcili Tibbi Yardım xidmətinin ambulansları cəlb edilib. Bu barədə "Qafqazinfo"ya TƏBİB-dən bildirilib. Məlumata görə, prosedur qaydalarına uyğun olaraq, tələbələr hava limanından götürülərək karantin xəstəxanasına yerləşdirilib və müşahidə altına alınıblar. Onların heç birində xəstəlik əlamətləri aşkarlanmayıb. Karantinə yerləşdirilən şəxslərin müayinəsi davam etdirilir. Səhiyyə qurumlarımız xəstəliyin Azərbaycan ərazisində yayılmasının qarşısının alınması üçün bütün profilaktik tədbirləri həyata keçirməyə davam edəcəkdir.
+++++++ 
Heydər Əliyev adına Beynəlxalq Hava Limanı sosial şəbəkələrdə yayılmış perronda növbə çəkən təcili tibbi yardım maşınlarının görüntüləndiyi video materiala aydınlıq gətirib. Hava Limanının Mətbuat Xidmətindən daxil olan məlumatda deyilir:
"Ötən gecə İtaliyadan tranzit gələn 26 nəfər sərnişin "Ukrayna Beynəlxalq Hava Yolları”nın Kiyev-Bakı reysi ilə gətirilib. Koronovirusun mümkün yayılmasının qarşısının alınması məqsədilə Hökumət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində həmin sərnişinlərin karantinə yerləşdirilməsi və həkim nəzarətinə verilməsi qərara alınıb. Video görüntülərdə yayımlanmış çoxsaylı təcili tibbi yardım maşınları bununla izah olunur".
Eyni zamanda qeyd edilib ki, 26 sərnişindən 24-ü İtaliyada daimi yaşayan və ya təhsil alan Azərbaycan vətəndaşı, 2 nəfəri isə əcnəbi vətəndaşdır.

Xəbər lenti