İtaliya mafiyaları: Siciliya, Neapol, Calabria və Apulia klanları necə qurulub?

31 Yanvar 2018, 16:14
31 Yanvar
2018
16:14
987
Загрузка...
Qruplaşmanın ehtimal edilən başçısı Carmine Spada (mərkəzdə) yanvarda Romada həbs edilib
İtaliya polisi mafiya ilə mübarizə çərçivəsində əməliyyat apararaq Neapol, Roma və Siciliya Agrigentosu rayonlarında onlarla insanı həbs edib.
Həbs olunanlar qaçaqmalçılıqda, qəsbkarlıqda, sifarişli qətldə, siyasətçilərə rüşvət verməkdə, fahişəliyin təşkilində, sənət əsərlərinin oğurlanmasında ittiham olunurlar.
Cinayətlərin siyahısı genişdir.
Bəs bu gün italyan mafiyası özünü necə təqdim edir?
"Cosa Nostra" - Siciliya mafiyası
Siciliya bandaları model yaratdılar və sonradan bu modeli bütün dünyadakı mafiya qruplaşmaları qəbul etdilər.
Onlar 1800-cü illərdə Siciliyada güclü qüvvəyə çevrildilər, nəticədə onların qüdrəti və inkişafı davamlı olaraq artdı.
"Cosa Nostra" Siciliya dilindən tərcümədə "bizim işimiz" deməkdir.
Əsasını ailə klanlarının qoyduğu ilk mafiya belə adlanırdı.
O, özünün şərəf kodeksi - omerta ilə məşhurdur, hansı ki, mütləq sadiqliyi tələb edir.
Kənara məlumat ötürən informatorları əzab və ölüm, onların qohumlarını isə cəza gözləyirdi.
Hətta bizim günlərdə Siciliyadakı mafiya üzvləri kommersiya mübahisələrini həll etməyə və oğurlanmış məhsulların axtarışına cəlb edilir, ləng gedən məhkəmə işlərindənsə onların xidmətinə üstünlük verilir.
Lakin bir çoxları, sahibkarların bizneslərinin "müdafiəsi" üçün pul ödəməyə məcbur olduqları mafiyanın "himayədarlıq" təcrübəsinə nifrət edirlər.
"Cosa Nostra" reketçiliklə məşğul olaraq, Chicago, New-York və digər şəhərlərdəki bandalarla mübarizə aparmaqla ABŞ-da da məhşurlaşmışdı.
Qruplaşma 1920-ci illərdəki "quru qanun" dövründə saxta spirtli içki ticarəti sayəsində yerini əhəmiyyətli dərəcədə möhkəmlətmişdi.
Federal Təhqiqat Bürosu (FTB) iddia edir ki, Amerikanın cinayət sindikatının ümumilikdə italiyalı klanlarla əlaqəsi yoxdur.
"Cosa Nostra"nın əsas gəlir mənbəyi heroin ticarətidir.
Əgər bu gün "mafiya" sözünü işlətsək, çoxları dərhal Marlon Brando-nun "Xaç atası" filmini xatırlayacaqlar.
Siciliya dilində "mafiya" sözü "cəsarət" sözüylə əlaqəlidir.
Çox vaxt bu termin bütün mütəşəkkil cinayət qruplaşmalarına qarşı düzgün və təyinata görə istifadə edilmir.
Bəzi mafiya təşkilatları Rusiya, Çin, Albaniya və digər ölkələrdən olan qəddar bandalarla rəqabət apararaq öz fəaliyyətlərini başqa ölkələrdə də davam etdirirlər.
Bəzi hallarda bandalar öz hərəkətlərini əlaqələndirirlər və sonradan əldə etdiklərini bölüşdürürlər.
"Cosa Nostra" təkcə İtaliyada deyil, həm də ABŞ-da yerli və dövlət siyasətinə daxil olub.
Lakin hətta İtaliyada belə korrupsiya ilə bağlı qalmaqallar həmişə mafiyanın iştirakını nəzərdə tutmur.
Romadakı səs-küylü məhkəmə prossesi möhtəşəm korrupsiya sxemini ortaya çıxardı, lakin burada mafiyanın rolu yox idi.
FTB-nin məlumatına görə, hazırda "Cosa Nostra" və digər 3 böyük mafiya - "Camorra", "Ndrangheta" və "Sacra Corona Unita" qruplaşmasının 25 min üzvü var.
Ümumilikdə dünyada 250 min insanın onlarla əlaqəsi var. "Cosa Nostra"ya xaç atası Salvatore Riina başçılıq edən zaman qruplaşma əslində İtaliya hökuməti ilə müharibə vəziyyətində idi.

"Cosa Nostra" tərəfindən öldürülən prokuror Falcone-nin qətl yerində abidə quraşdırılıb
1992-ci ilin mayında Riina-nın adamları Palermo yaxınlığında prokuror Gioavanni Falcone-nin avtomobilini partlatmışdı.
Nəticədə prokuror özü, xanımı və 3 mühafizəçi həlak olmuşdu.
İki ay sonra isə yeni prokuror Paolo Barsellino da öldürülmüşdü.
Onun avtomobili də Palermoda partladılmışdı. Riina 2017-ci ilin noyabrında 87 yaşında həbsxanada vəfat edib.
Ona ömürlük həbs cəzası verilmişdi.

Palermodakı Corleone şəhərindəki mafiyaya məxsus mülk müsadirə edilərək otelə çevrilib
"Cosa Nostra" yerli podratçıların vasitəsiylə Avropa İttifaqının (Aİ) Siciliyadakı iqtisadi layihələrini də ələ keçirmişdi.
2010-cu ildə BBC-nin apardığı araşdırma müəyyən edib ki, digər biznes layihələri sırasında mafiya strukturları külək elektrik stansiyalarından da vəsait əldə edib.
Siciliya ictimaiyyəti təslim olmaq niyyətində deyil.
Libera Terra anti-mafiya qruplaşması biznes layihələrlə məşğul olur.
Bunların arasında mafiyadan ələ keçirilən vəsaitlə əldə edilən mehmanxana biznesi də var.
Mafiyanın öyrənilməsi üzrə ixtisaslaşan Oxford universitetinin əməkdaşı Federico Varese deyir ki, hazırda "Cosa Nostra" dövlət tərəfindən maliyyələşdirlilən mühacirlər üçün yaşayış yerlərinin himayədarlığı ilə məşğuldur.
Lakin mühacirlərin bəzi bandaları mafiya ilə fahişəlik kimi sahələrdə rəqabət aparmağa cəhd göstərirlər.
Bu barədə BBC-ə danışan Varese Siciliyada polisin mafiyaya "böyük təzyiq" göstərdiyini əlavə edib.
"Camorra" - Neapol mafiyasıdır
"Camorra" nın Neapol və Caserta-dakı klanlarında təqribən 4500 nəfər var.
Onların əsas fəaliyyət sahələri narkotiklərdir.
Birləşmə üzvləri həddən artıq qəddarlıqları ilə seçilirlər.
Onlar həmçinin tikinti şirkətlərindən, zəhərli tullantıların atılmasıyla və geyim istehsalıyla məşğul olan firmalardan pul ələ keçirməklə məşğul olurlar.
Bura həmçinin məhşur geyim brendlərinin saxtalaşdırılması ilə məşğul olan, əsasən çinlilərin işlədiyi emalatxanalar da daxildir.

Scampia Neapol rayonundakı yarı dağılmış bu evlər "Camorra"nın məhşur fahişəxanasıdır
2006-cı ildə işıq üzü görən "Homorra" kitabında, italiyalı jurnalist Roberto Saviano bandanın gündəlik həyatı və iş prinsipləri barədə yazmışdı.
Kitab satışa çıxdıqdan sonra Saviano təhdidlər almağa başladı.
Bu gün o, hökumətin mühafizəsi altında yaşayır.
Yanında hər zaman mühafizəçilər olan Saviano-nun yaşayış yeri açıqlanmır.
Amerikanın CBS radiosuna açıqlama verən Saviano "Camorra" və "Ndrangheta"nın "Cosa Nostra"dan daha ciddi ierarxiyaya və daha gənc liderlərə sahib olmasıyla fərqləndiyini bildirib.
Onların fəaliyyətində "daha çox qan var".
Saviano-nun sözlərinə görə, bu iki qruplaşma "Cosa Nostra"dan daha güclüdür və siyasətlə daha az əlaqəlidir.
"Camorra"nın narkotik ticarətçilərinin geniş şəbəkəsi hətta İspaniyada da fəaliyyət göstərir.
Lakin sindikatın mərkəzi həmişə Neapolun Scampia və Secondigliano kimi kasıb rayonlarında olub.

Roberto Saviano mühafizəçilərlə 2013-cü ildə kino festivalında
"Camorra" ilə Romanın kasıb şəhərlərindən biri olan Ostiada bandaların qarşıdurmasını da əlaqələndirirlər.
Bir neçə ay əvvəl mafiya klanının üzvü Spada-nın kamera qarşısında telejurnalistə kəllə atması qalmaqal yaratmışdı.
Professor Varese-nin qeyd etdiyinə görə, "Camorra"nın klan strukturunda ənənəvi olaraq qadınlar mühüm rol oynayır.
Onlar bir qayda olaraq klan üzvlərinə pul verən kuryerlərin və "mühasiblərin" işini həyata keçirirlər.
Calabria mafiyası -"Ndrangheta"
Calabria - dünya xəritəsində İtaliya "çəkməsinin" "corabıdır".
Bu İtaliyanın ən kasib ərazilərindən biridir.
Əyalət Siciliyanın yaxınlığında yerləşir. "Ndrangheta" isə öz fəailiyyətinə "Cosa Nostra"nın filialı kimi başlayıb.
Bu qruplaşmanın adı "andragatia" yunan sözündən götürülüb, mənası isə "şücaət" deməkdir. FTB-nin qiymətləndirməsinə görə, hazırda "Ndrangheta"nın 6 min üzvü var.

2008-ci ildə "Ndrangheta"nın başçılarından biri Pasquale Condello həbs edilib
"Ndrangheta"nın fəaliyyət sahəsi kokain qaçaqmalçılığıdır.
Professor Varese deyir ki, qruplaşma birbaşa Meksika və Kolumbiya bandaları ilə əlaqədədir.
Bəzi hesablamalara görə, "Ndrangheta" Avropada kokain ticarətinin 80 faizinə nəzarət edir.
"Ndrangheta" İtaliyanın şimalında da nüfuza sahibdir.
Qruplaşma Turin ətrafındakı kriminal biznesin bir hissəsinə nəzarət edir.
Calabria-da "Ndrangheta" yoxsullar üçün ayrılan yardımın mühüm hissəsini oğurlamaqda ittiham edilir.
2007-ci ildə qruplaşma Almaniyanın Duisburg şəhərində öz qəddarlığını nümayiş etdirdi.
Şəhərdə italyan sindikatı ilə əlaqəsi olan 6 nəfər qətlə yetirlimişdi.
Cinayətkarlar onların cəsədlərini italiyan restoranın yaxınlığındakı iki avtomobilə yerləşdirmişdilər.
Apulia mafiyası - "Sacra Corona Unita"
İtaliya mafiya klanlarından ən kiçiyi olan "Sacra Corona Unita"nın ("Birləşmiş müqəddəs tac") bazası ölkənin cənub-şərqində yerləşən Apulia vilayətindədir.
FTB-nin qiymətləndirməsinə görə, qruplaşmanın iki minə yaxın üzvü var və onların fəaliyyət sahəsi - siqaret, silah, narkotik və insan qaçaqmalçılığıdır.
Apulianın coğrafi vəziyyəti onu Balkanlardan qaçaqmalçılıq üçün ideal liman ərazisi edir.
Apulia klanlarının Şərqi Avropa mütəşəkkil cinayət qruplaşmaları ilə sıx əlaqədə olduğu hesab edilir.
Загрузка...
Xəbər lenti
-
01:23Dövlətə xəyanətdə ittiham olunan: Yanımda iki nəfər öldü
-
21:27Mustafa Hacıbəylinin məhkəməsində şahidlər məqaləni səhv saldılar
-
12:13Mədət Quliyevin oğlu Nigarla klipə çəkildi
-
12:09Cavid Qurbanovun müavinin konsulla birgə BİZNESİ ORTAYA ÇIXDI - ŞOK SƏNƏDLƏR
-
11:56“Çəpişlərin qulağını dişləməyi çox sevirdim” - DEPUTAT
-
11:50Ötən ildən axtarışda olan şəxs saxlanıldı
-
11:02Sahibkarlara divan tutan generala vəzifə verilməsinin pərdəarxası
-
08:08Azərbaycanlı Türkiyədə saxta pulla tutuldu
-
08:01Azərbaycanlı samboçu söyüşə görə adam öldürdü
-
00:09Dünyamin Xəlilov deyib, onlar imzalayıb, nəticədə dövlətin milyardları talanıb...
-
22:21"Əli Həsənovun yaxınları telefon zənglərinə cavab vermir"
-
22:08Sonuncu "hicab məhbusu" da azadlığa çıxdı
-
22:03Ebru Gündeş və Sılanı Bakıya gətirməyə görə 8 il cəza aldı
-
21:23''Oğluma əvvəl işgəncə verilib, sonra həbsə salınıb''
-
19:32Mikayıl Cabbarov: Bulanıq suda balıq tutmaq zamanı bitib
-
19:29Ramil Usubov yeni rəis təyin etdi
-
18:54ANS Avropa Məhkəməsinə şikayətini geri götürüb
-
16:15"Prezident Administrasiyasından dedilər ki, gəl"
-
16:00“Lotu Quli”nin tutduğu killerlər belə yaxalandı
-
15:55Keçmiş deputatın şikayəti üzrə məhkəmə başladı: 165 minlik ittiham
-
15:47Avropa Məhkəməsi əsgər atasının şikayətini təmin edib
-
15:42“AZZA”dan alınmış tortun içərisindən sellofan torba çıxıb
-
12:55"Bilmirəm prokurorlar və nəvələri məni niyə sevmir..." - Tanınmış vəkil Baş Prokurorluğu büdcəni talamaqda ittiham edir
-
11:49Arif Əsgərovun Slovakiyada biznesi üzə çıxdı - şok faktlar
-
11:36Donbasda döyüşən azərbaycanlı əsir düşdü
-
11:26Rövşən Lənkəranskinin məşhur restoranına maskalılar və ağır texnika yeridildi
-
10:38Generalın polis oğluna yüksək vəzifə verildi
-
22:32"Qumarda 130 min uduzduğuna görə nazirlikdən çıxarıldı" - dələduz qadının ilginc əməlləri
-
22:28Məşhur bloqer çeçenlərlə azərbaycanlıların kütləvi davasına görə saxlanıldı
-
22:25Məktəb direktorunu döyən "Drakon"a cinayət işi açıldı
-
20:18“Qəribəsi o idi ki, Əfsanə ağlamırdı...” - Ər-arvad intiharının təfərrüatı
-
20:15Əfqanıstanda 7 polis öldürüldü
-
20:10"Hər gecə dua edirəm ki, Allah canımı tez alsın”
-
14:18Ukraynada “Lotu Quli”nin adamları saxlanıldı - 300 pasport və silahlarla
-
13:24Milli Şura yenə mitinq təyin etdi
-
12:35Məşhur FHN generalının banka külli miqdarda borcu üzə çıxdı
-
01:43Jurnalistlər dövlət əleyhinə çağırış yayıb, yoxsa, xəbər, mülahizə?
-
00:39Biləsuvar sakini: Qardaşıma işgəncə verib şərlədikləri üçün özünü yandırdı
-
20:18В Одессе за разбой задержали банду «вора в законе» Гули. Изъят арсенал оружия
-
19:57Bakıda silahlı şəxs saxlanıldı
19 Fevral 2019
18 Fevral 2019
17 Fevral 2019
16 Fevral 2019
Digər xəbərlər
-
Manşet, Foto, Cinayət, Dosye
Binəqədidəki qətl: istintaq kimi və nəyə görə həbsə alıb? – qatı açılmayan cinayət işi
-
Dosye
Belçika bazasında F-16 qırıcısı partladı
-
Dosye
Gömrük Komitəsinin yeni müavinləri kimdir? – DOSYE
-
Dosye
“Günaybank”da 100 milyonu ələ keçirilən vəzifə sahiblərinin adları bilindi – DOSYE
-
Dosye
Məşhur prokurorun qudasının bankının sədr müavinin həbsinin TƏFƏRRÜATLARI – “Xeyli vəzifəlinin vəsaitini mənimsəyib”
-
Dosye
Azərbaycanlı milyarderdən 2 milyon dollarlıq qətl sifarişi: İki qardaş axtarışa verilib
-
Dosye
Deputat oğlunu 8 səhifəlik ifadə ilə “təmizləyiblər” – CİNAYƏT DOSYESİ
-
Manşet, Cinayət, Dosye
''Kontr-admirala qarşı açılan saxta cinayət işi ağır dövləti cinayətdir'' - Ərəstun Oruclu bloqunda sifarişçini göstərib
-
Cinayət, Dosye
DTX əməkdaşı qətl sifarişi verdiyini etiraf etdi - Onu sellofan torba ilə boğub...