İsveçdə azərbaycanlı koronavirusdan ölüb

İsveçdə azərbaycanlı koronavirusdan ölüb
Загрузка...
Məhərrəm Hüseynovun ailəsi onun Neftçalada dəfn olunmasını istəyir
Azərbaycan vətəndaşı, 1961-ci il təvəllüdlü Məhərrəm Hüseynov mayın 15-də İsveçin paytaxtı Stokolmda koronavirusdan (COVID-19) vəfat edib. "Report” İsveç Azərbaycanlılarının Koordinasiya Şurasının üzvü Nadir Hollenbranda istinadən bu barədə məlumat yayıb.
Bildirib ki, M.Hüseynovun ailəsi onun doğulduğu Neftçala rayonunda dəfn olunmasını istəyir. Eyni zamanda, İsveçdə daha bir 47 yaşlı azərbaycanlı koronavirus diaqnozu ilə xəstəxanada yatır.
Bundan əvvəl Stokholm şəhərində yaşayan 22 yaşlı azərbaycanlı gənc də aprelin sonunda koronavirus pandemiyasından vəfat edib. Mayın 10-da isə İstanbulda Kayabaşı Məhəlləsi Xəstəxanasında çalışan azərbaycanlı həkim Tahir Bababəyli COVİD-19 infeksiyasından ölüb.

Xəbər lenti