"İstəyirlər ki, xalqımızın başına gətirilən fəlakətlərdən danışmayaq''

Загрузка...
Oqtay Gülalıyev Baş Prokurorluğa çağrılıb
'Hüquq müdafiəçisi Oqtay Gülalıyev mayın 13-də günün ikinci yarısı Respubluka Prokurorluğuna çağrılıb. Criminal.az xəbər verir ki, bu barədə Oqtay Gülalıyev özü məlumat yayıb.
Oqtay Gülalıyev iddia edir ki, Respublika Prokurorluğu onun Gəncə həbsləri və digər məsələlər haqda danışmamasını istəyir:
"Bizi susdurmaq istəyirlər. İstəyirlər ki, xalqımızın başına gətirilən fəlakətlərdən danışmayaq. Dinc, günahslz insanların polis bölməsində, hərbidə, həbs yerlərində ağır işgəncələrə məruz qalmasını, qətlə yetirilməsini dilə gətirməyək. İnsanların şərlənib həbs olunmasına göz yumaq. Hüququ tapdanan insanları müdafiə etməyək. Neçə vaxtdır ki ətrafımda olan halqanı daraldırlar. Müxtəlif dövlət qurumları və vəzifəli şəxslər tərəfindən mənə xəbər göndərir, təzyiq edirlər ki, susum. Amma mən xalqımızın başına gətirilən fəlakətləri gördükcə, dəhşətə gəlirəm və susmaq fikrində deyiləm”.
Oqtay Gülalıyev mayın 6-da Daxili İşlər Nazirliyinə çağrıldığını da xatırladıb:
"Güman ki, bu dəfə "cinayət əməllərimi" prokurorluq araşdırır. Araşdırsınlar, mənim etirazım yoxdur. Amma prokurorluq yaxşı olar ki öncə insanları şərləyib həbs edən, işgəncə verib onları qətlə yetirən, büdcəni talan edənləri məsuliyyətə cəlb etsin”.
Загрузка...
Загрузка...

Xəbər lenti