“İstəyirəm xalq danışıqlarla bağlı bu məlumatı məndən eşitsin”

01 Dekabr 2020, 13:19
01 Dekabr
2020
13:19
645
"Danışıqlar prosesi ilə əlaqədar onu da bildirməliyəm, - istəyirəm Azərbaycan xalqı bu məlumatı məndən eşitsin, - təsadüfi deyil ki, işğalda olan rayonların Azərbaycana qaytarılması məsələsi danışıqların mərkəzində yerləşirdi. Bu, bizim mövqeyimiz idi. Ancaq burada da mərhələli həll nəzərdə tutulurdu”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.
Dövlət başçısı bildirib ki, biz də bunun tərəfdarı idik:
"Birinci mərhələdə 5 rayonun Azərbaycana qaytarılması, ikinci mərhələdə isə Laçın dəhlizi istisna olmaq şərti ilə Kəlbəcər və Laçın rayonunun Azərbaycana qaytarılması. Ermənistan tərəfi hər dəfə məsələ qaldırırdı ki, əgər bu 7 rayon Azərbaycana qaytarılacaqsa, mütləq Dağlıq Qarabağın statusu eyni vaxtda öz həllini tapmalıdır. O başqa məsələdir ki, Ermənistan, sadəcə olaraq, danışıqlarda iştirak edərək imitasiya ilə məşğul idi və heç bir rayonu bizə qaytarmaq fikrində deyildi. Ancaq istənilən halda onların mövqeyi belə idi ki, 5 rayon qaytarıla bilər, amma Laçın və Kəlbəcər rayonlarının Azərbaycana qaytarılması üçün Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini ya tanımalıdır, ya da ki, orada keçiriləcək səsverməni tanımalıdır, səsvermə üçün tarix müəyyən edilməlidir. Dağlıq Qarabağa müstəqillik verilərsə, o zaman Ermənistan Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytaracaq, ancaq Laçın dəhlizi Ermənistana veriləcəkdi, özü də dəhlizin eni müəyyən edilməmişdi. Bax, bu idi danışıqlar masasında olan məsələlər.
Mən deyə bilərəm, bu 17 il ərzində dəfələrlə bizə müxtəlif yerlərdən, xarici dairələrdən belə siqnallar gəlirdi ki, indi beş rayonu alın, bununla da kifayətlənin. Siz müharibədə məğlubiyyətə uğramısınız, Ermənistan müharibədə, - Birinci Qarabağ müharibəsi nəzərdə tutulurdu, - qələbə qazanıb. Siz reallıqlarla razılaşın. İndi beş rayon ki, sizə vəd verilir, o da böyük şeydir, siz onu alırsınız, Laçın, Kəlbəcər də qalsın sonraya, siz nə vaxt müstəqillik versəniz Dağlıq Qarabağa, o vaxt da o rayonların bir hissəsi sizə qayıda bilər”.
Prezident bildirib ki, həmişə Laçın, Kəlbəcər və Şuşa Azərbaycana qayıtmasa, heç bir razılaşma ola bilməz deyə vurğulayıb:
"Mənim mövqeyim xarici ölkələrdə bir çoxlarını qıcıqlandırırdı. Mən deyirdim ki, bizim ərazi bütövlüyümüz bərpa edilməlidir. Deyirdim ki, müharibə variantı heç vaxt istisna olunmur. Nəinki deyirdim, bütün bu illər ərzində bütün gücümüzü səfərbər edib ölkəmizi gücləndirirdik, güc toplayırdıq - həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm iqtisadi məsələlərin həllində, ölkəmizdə həmrəyliyin və birliyin möhkəmlənməsində, ordu quruculuğunda güc toplayırdıq. Bu gücü dəmir yumruq formasına gətirdik, düşmənin belini qırdıq və bu gün biz yeni reallıq yaratdıq. Əgər hətta bir il bundan əvvəl bəziləri bizə deyirdilərsə ki, siz mövcud olan reallıqla barışın, bu gün mən deyirəm, hər kəs mövcud reallıqla barışmalıdır. Noyabrın 10-da imzalanmış Bəyanata əgər kimsə müdaxilə etmək istəsə, bizim sərt mövqeyimizi görəcək. Belə cəhdlər var. Bu cəhdlərin bir məqsədi var ki, bu razılaşma pozulsun. Çünki bu razılaşma bəzilərini çox qıcıqlandırır ki, artıq burada yeni təhlükəsizlik formatı yaranıbdır. Türkiyə-Rusiya Birgə Mərkəzinin yaradılması bəyanatda təsbit edilib. Eyni zamanda, burada təhlükəsizlik tədbirlərinin görülməsi və Bəyanatın müddəalarının icra edilməsi bəzilərini qıcıqlandırır. Ancaq bizim işimizə, əldə edilmiş razılaşmaya heç kim müdaxilə edə bilməz. Razılaşma icra edilir və icra edilməlidir”.
Xəbər lenti
-
07:16Nazim İbrahimovun qardaşı yenidən həbs edildi
-
07:12Kəmaləddin Heydərovun İngiltərədəki daha bir şirkəti ləğv edilir
-
07:08Hərbi prokuror "Tərtər İşi” işgəncələrindən danışdı: "Danışılanlar nağıldır..."
-
06:58Vəkil: "Hüseyn Abdullayevin bağırsağından qan açılıb"
-
13:06Aclıq aksiyası keçirən ahılların səhhəti pisləşib
-
12:38Əli Heydərovu öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı
-
20:47Azərbaycana kartofun içərisində 213 kq-dan çox heroin keçirmək istədilər
-
16:57Xalid Bağırovu vəkillikdən uzaqlaşdıran, İlqar Məmmədova ağır cəza kəsən hakim vəfat etdi, oğlu həbs olundu
-
16:55“Yoldan torba tapdı”, içindən zəhər çıxdı
-
16:50“Zəngəzur dəhlizinə qayıdırıqsa, niyə də İrəvana qayıtmayaq?”
-
16:46Sumqayıtlı Mübarizin “Kursovka”sı yayıldı – Nazir olan korpusun pradolundakı balandyor da bahalı siqaret çəkməlidir
-
03:47Hüseyn Abdullayev: Ölüm aclığına başlayıram
-
03:44Partiyanın sədr əvəzi İlham Əliyevə 18 il həbs tələbi
-
03:41“Mənə qarşı hərbi çevriliş etmək istəmişdilər”
-
23:38Sensasion iddia: "Polis qız zorlanan evə kamera qoyub"
-
21:56İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışını etdi
-
21:51“Qanuni oğru” Əli Heydərovu (“Albert Rıjiy”) güllələyən Taleh Orucovdur
-
21:47Azərbaycanlı “qanuni oğru” qətlə yetirildi
-
21:395 ahıl qadın ölüm aclığına başladı – baş prokurordan ədalət tələb edirlər
-
11:38"Mən ona kömək edəndə bilməzdim ki, polisdən uzaqlaşdırılaram..." - VİLAYƏT EYVAZOVA MƏKTUB
-
11:27Koronavirusdan həm bacısını, həm də qardaşını itirdi
-
11:22“İdeal”ın keçmiş sahibinin anası: Acgöz, “mənəm qanun” deyən məmurlar oğlumu əlimdən alır
-
11:15Türkiyə koronavirusa yoluxan biznesmen üçün Bakıya təyyarə göndərdi - BURADA MÜALİCƏ ALMAQ İSTƏMƏYİB
-
11:10Ermənistanda rus generalın qızının meyiti tapıldı
-
11:09Yasamalda binaya atəş açan şəxs qaçarkən qəza törətdi
-
11:08Hadı Rəcəblinin restoranında toy edənlər cərimələndi
-
06:18“Abu İbrahim Dağıstani” ilə birlikdə həbs edilən Elçin Qasımova cəza kəsildi
-
20:41Baş prokuror itkin düşənlərlə bağlı işi xüsusi nəzarətə götürdü
-
17:14Müdafiə Nazirliyi: İtkin düşən hərbçiləri axtaranlar minaya düşüb
-
17:10Müdafiə Nazirliyinin polkovniki koronavirusdan vəfat etdi
-
22:23“İdeal”ın keçmiş sahibinin həbsinin detalları bilindi
-
19:17"İdeal"ın keçmiş sahibi HƏBS OLUNDU
-
14:54İtkin düşən daha bir hərbi qulluqçunun nəşi tapılıb
-
14:21Hakimiyyətlə müxalifəti bir-birinə vurduran "porno ulduz" niyə istintaqa cəlb edilmir?
-
12:44Nazirlik Rəmişin koronavirusdan öldüyünü açıqladı
-
11:01Əhməd Əhmədzadəyə yeni vəzifə verildi
-
10:59Dünən həbs olunan generalların törətdiyi əməllər açıqlandı
-
10:53“AXCP üzvünə qarşı yalan ifadə vermədiyinə görə həyatını məhv edirlər”
-
10:5144 günlük Vətən müharibəsində HHQ-nin məhv etdiyi düşmən hədəfləri
-
00:01AMEA-dakı pozuntularla bağlı cinayət işi açıldı
18 Aprel 2021
14 Aprel 2021
13 Aprel 2021
12 Aprel 2021
08 Aprel 2021
07 Aprel 2021
06 Aprel 2021
Digər xəbərlər
-
Manşet, Video, Cəmiyyət
“Mənə qarşı hərbi çevriliş etmək istəmişdilər”
-
Manşet, Video, Cəmiyyət
Prezident Şuşadan xalqa müraciət etdi
-
Manşet, Video, Cəmiyyət
Azərbaycan Ordusunun “Bayraktar”ları təlimdə
-
Manşet, Video, Cəmiyyət
Qoşunlar poliqonlara yeridildi
-
Manşet, Video, Cəmiyyət
“Gedin oturun yerinizdə” - Prezidentdən məmurlara
-
Manşet, Video, Cəmiyyət
İlham Əliyev və Nikol Paşinyan müharibədən sonra ilk dəfə Moskvada görüşür
-
Manşet, Video, Cəmiyyət
Prezident İlham Əliyev Qubadlıda
-
Manşet, Video, Cəmiyyət
“İstəyirəm xalq danışıqlarla bağlı bu məlumatı məndən eşitsin”
-
Manşet, Video, Cəmiyyət
Kəlbəcərin kəndlərindən yeni görüntülər