İstanbulda casusun sirli ölümü: qulluqçu Gül Feyzullayeva ilk dəfə danışdı - “CEYMS HƏMİN AXŞAM YEMƏK YEMƏDİ...” İstanbulda casusun sirli ölümü: qulluqçu Gül Feyzullayeva ilk dəfə danışdı - “CEYMS HƏMİN AXŞAM YEMƏK YEMƏDİ...”

İstanbulda casusun sirli ölümü: qulluqçu Gül Feyzullayeva ilk dəfə danışdı - “CEYMS HƏMİN AXŞAM YEMƏK YEMƏDİ...”
Загрузка...
Suriyada illərdir davam edən müharibə zamanı dağıntılar altında qalanların xilas edilməsi, yaralılara yardım göstərilməsi kimi humanitar fəaliyyətlə məşğul olan, könüllülərdən ibarət "Ağ dəbilqəlilər” hərəkatının qurucusunun İstanbulda sirli şəkildə ölməsi günlərdir dünya mediasının gündəmindədir. Virtulalaz.org xəbər verir ki, Böyük Britaniya kəşfiyyatını keçmiş zabiti Ceyms Le Mesuryerin qulluqçusu olmuş Gül Feyzullayeva ilk dəfə "Daily Mail” qəzetinə danışıb. 

O, Ceymsin həmin axşam özünü çox narahat hiss etdiyini, yemək yemədiyini deyib. Ceyms Le Mesurye noyabrın 11-də İstanbulun Beyoğlu rayonundakı evində ölü tapılıb. Hadisədən əvvəl o, həftə sonunu İstanbulun materik hissəsindən 2.5 kilometr məsafədə yerləşən Böyükadadakı villasında keçirib, axşam Beyoğlundakı evinə dönüb. Özbək əsilli Gül Feyzullayeva Böyükadadakı kirayə götürdüyü villasında Ceymsin ev işlərini görüb.
"Ceyms şənbə günü heç özündə deyildi, nəyə görəsə çox gərgin idi və stressli görünürdü. Onun nəyə görə narahatlıq keçirdiyini deyə bilmərəm, amma özünü yaxşı hiss etmədiyini dedi və həmin axşam yemək yemədi. Təzyiqini ölçdüm, qalxmışdı. Narahat oldu və xəstəxanaya getdi. İynə vurdular, həb verdilər və həmin gecə evə döndü”,-qulluqçu deyib. 

Feyzullayeva bildirib ki, həmin axşam Ceyms saat 23.00 radələrində siqaret çəkmək üçün çölə çıxıb. "Sonra yataq otaqlarının pəncərəsinə baxdım və yatdıqlarını gördüm, çünki işıqları sönmüşdü”,-qadın bildirib. Qulluqçunun sözlərinə görə, ertəsi gün Ceyms və arvadı Emma Uinberq İstanbula dönüblər. Və onları daha sonra görməyib. Feyzullayeva deyib ki, Ceyms son vaxtlar yuxusuzluqdan əziyyət çəkirdi. Ceyms Le Mesuriyerin ölümündə əsas versiya hazırda intihar hesab edilir. Lakin onun Böyük Britaniya və ABŞ kəşfiyyatı tərəfindən aradan götürüldüyü haqda iddialar var. 

Belə ki, "Ağ dəbilqəlilər” neçə vaxtdır Suriyada Əsəd rejiminin kimyəvi silahlardan istifadə etdiyinə dair dezinformasiyalar yaymaqda ittiham olunurdu. Bu təbliğatdan isə Suriyaya beynəlxalq müdaxilə üçün bəhanə kimi istifadə edilirdi. Təsadüfi deyil ki, Suriya diktatoru Bəşər Əsəd Ceyms Le Mesuryerin ölümünün Mərkəzi Kəşfiyyat İdarəsinin işi olduğunu bildirib. Əsəd bildirib ki, o, MKİ üçün "artıq yükə” çevrilmişdi və bu səbəbdən aradan götürüldü.
Загрузка...
Загрузка...

Xəbər lenti