İstanbul hava limanında qalan azərbaycanlılar: “Heç kim bizimlə maraqlanmır” İstanbul hava limanında qalan azərbaycanlılar: “Heç kim bizimlə maraqlanmır”

İstanbul hava limanında qalan azərbaycanlılar: “Heç kim bizimlə maraqlanmır”
Загрузка...
Türkiyənin İstanbul hava limanında hələ də Azərbaycana qayıtmağı gözləyən 80-ə yaxın adam var. Onların çoxu tələbədir, gözləyənlər arasında uşaqlı ailələr də var. Azərbaycan prezidenti İlham Əliyevə ölkəyə qaytarılmaları üçün video müraciət göndərənlər deyirlər ki, vəziyyətləri getdikcə çətinləşir. Azərbaycanın Türkiyədəki səfirliyinin qaynar xəttindən BBC News Azərbaycancaya bildirilib ki, vəziyyətdən xəbərdardılar, ilk carter reysdə uşaqlı ailələri göndərməyə çalışacaqlar. Türkiyədən Naxçıvana gəlmiş azərbaycanlı: "Kazarmadayıq. Dünən sağlam gəlmişdim, indi qızdırmadan yanıram” 

Bütün məlumatlar bu səhifədə Dünyada koronavirus yayılandan sonra xarici ölkələrdə müvəqqəti yaşayan minlərlə azərbaycanlı vətənə qayıtmaq istəyib. Azərbaycan Xarici İşlər Nazirliyi indiyədək 10 mindən çox azərbaycanlının ölkəyə gətirildiyini bəyan edib.
"Məsciddə yatırıq"
"Aramızda eləsi var ki, 1 həftədir gözləyir,"- İstanbul hava limanında 4 gündür təxliyyə gözləyən Zaur Sadıqzadə BBC News Azərbaycancaya deyib. O, Azərbaycanın diplomatik korpuslarına, o cümlədən əlaqədər qurumlara müraciət etdiklərini, ancaq heç bir dəstək almadıqlarını bildirir. "Yemək-içmək ehtiyacımızı İstanbulda azərbaycanlı iş adamları, türklər qarşılayırlar, sağ olsunlar. Gündəlik göndərirlər, amma maska-dezinfeksiyaedici kimi ləvazimatımız tükənir. Amma bunu da istəməyə daha üzümüz yoxdur". 

İstanbul koronavirus Zaur Sadıqzadə deyir ki, hava limanının məscidində gecələyirlər: "Bircə bura həm istidir, həm də yerdə xalça var. Yuxusu gələn olanda orda yatmağa məcburdur".
"Məsələdən xəbərdarıq"
Azərbaycanın Türkiyədəki səfirliyinin qaynar xəttindən BBC News Azərbaycancaya bildirilib ki, ilk carter reysdə uşaqlı ailələri göndərməyə çalışacaqlar: "Ordakı tələbələrlə də səfirliyin təhsil şöbəsi məşğul olur. Növbəti carter reys olanda onları göndərməyə çalışacağıq". Amma səfirlik növbəti çarter reysin nə vaxt olacağını bilmir. Azərbaycanla Türkiyə arasında sərhədlər martın 15-dən bağlanıb.
Bundan sonra Türkiyədə olan yüzlərlə azərbaycanlı geriyə qayıda bilməyib. Üstəlik, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr də qaldıqları yataqxanalardan çıxarıldığı üçün geri qayıtmağa çalışıb. Onların bəziləri avtobuslarla, çarter reyslərlə Azərbaycana aparılsa da, hələ də yüzlərlə Azərbaycan vətəndaşı təxliyyə ediləcəyini gözləyir. Azərbaycan Xarici İşlər Nazirliyi xarici ölkələrdə qalan Azərbaycan vətəndaşlarını təxliyyə edəcəyini, amma ona qədər olduqları yerdə qalmasını və səyahət etməməsini tövsiyyə edib.

Xəbər lenti