İstanbul Baş Prokurorluğu: Jurnalisti konsulluğa daxil olan kimi boğublar

İstanbul Baş Prokurorluğu: Jurnalisti konsulluğa daxil olan kimi boğublar
Загрузка...

'Cəsədin qalıqlarının harada olması məlum deyil''

"Əvvəlcədən planlaşdırıldığı kimi səudiyyəli jurnalist Camal Qaşıqçı (Jamal Khashoggi) Səudiyyənin İstanbul konsulluğuna daxil olan kimi boğulub meyiti doğranaraq "yox edilib””.

"Sözçü” qəzetinin yazdığına görə, İstanbul Baş Prokurorluğunun açıqlamasında belə deyilir.

İstanbul Baş prokuroru İrfan Fidanın oktyabrın 31-də verdiyi açıqlamaya görə, hazırda Qaşıqçının cəsədinin qalıqlarının harda olması məlum deyil.

Prokurorluğun açıqlamasında deyilir ki, Səudiyyənin Baş prokuroru Saud al-Mojeb də bu qətllə bağlı üç gün İstanbulda olub: "Lakin həqiqətin açılmasına yönəlmiş bütün səylərə baxmayaraq heç bir konkret nəticə əldə olunmayıb”.

Mojeb bu qətlin əvvəlcədən planlaşdırıldığını etiraf edib və bildirib ki, krallıq bu qətl üçün Səudiyyədə məsuliyyət daşıyanların hamısını cəzalandıracaq.

"Washington Post” qəzetinin əməkdaşı Qaşıqçı oktyabrın 2-də Səudiyyənin İstanbuldakı konsulluğuna gedib və ondan sonra yoxa çıxıb. Məlumata görə, o, konsulluğa türkiyəli nişanlısı ilə nikahını rəsmiləşdirmək üçün lazım olan sənədləri hazırlamaq üçün gedib.

Camal Qaşıqçı Səudiyyə Ərəbistanına rəhbərlik edən vəliəhd şahzadə Muhammad bin Salmanın qatı tənqidçisi kimi tanınırdı.

Rəsmi Riyad hakim monarx ailəsinin bu qətllə hər hansı əlaqəsini rədd edir. Krallıq bütün dünyada hiddət doğurmuş bu qətlin "nəzarətsiz şəxslər” tərəfindən törədildiyini iddia edir.

Türkiyə qətlin şübhəliləri olan 18 səudiyyəlinin Ankaraya ekstradisiya olunmasını tələb edir.

Загрузка...
Загрузка...

Xəbər lenti