İspaniyada saatı oğurlanan azərbaycanlı hansı məmurun oğludur? İspaniyada saatı oğurlanan azərbaycanlı hansı məmurun oğludur?

İspaniyada saatı oğurlanan azərbaycanlı hansı məmurun oğludur?
Загрузка...
Oğrular iki nəfər olublar
İspan adası İbitsada qiyməti 1 milyon funt-sterlinq (1 milyon 200 min avro) olan saatı oğurlanan azərbaycanlı turistin kimliyi məlum olub.
İbitsa polisinin hadisə ilə bağlı sənədində zərərçəkmişin Rəşad Abdullayev olması qeyd olunub. Sənəddə onun xarici pasportunun nömrəsi də yazılıb. Hadisə iyunun 19-da baş verib.
 
Sənədə əsasən Rəşad Abdullayev dostu ilə oteldə tanış olduqları iki xanımla restoranda nahar ediblər. Xanımlarla sağollaşdıqdan sonra taksi sifariş veriblər. Rəşad Abdullayev və dostu taksi gözləyərkən arxadan gələn bir nəfər onu bir neçə dəfə vuraraq saatı qolundan çıxarıb. Oğru onu aralıda gözləyən şəxsin mopetinə minərək, hadisə yerindən uzaqlaşıb. Sənəddə göstərilir ki, oğru sarışın olub.

polisin açıqlaması
Saatı oğurlanan Rəşad Abdullayevin məlumatları SOCAR prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayevin məlumatlarına uyğun gəlir. Oğurlanan saat "Richard Mille (RM) 50-03 McLaren F1”dünyada ən bahalı modellərdən sayılır. Bildirilir ki, bu saatın yaradıcıları "Formula 1” bolidlərindən ruhlanıblar və modelin adında da bu qeyd olunub. Saatın çəkisi 40 qramdır və dünyada ən yüngül saat sayılır. Məlumata görə, bu modeldən dünyada cəmi 75 dənədir.
Загрузка...
Загрузка...

Xəbər lenti