“İslam Partiyasının liderinin hüquqları pozulub”

“İslam Partiyasının liderinin hüquqları pozulub”
Загрузка...
Avropa İnsan Hüquqları Məhkəməsi Mövsüm Səmədovla bağlı qərarını elan edib
Avropa İnsan Hüquqları Məhkəməsi dekabrın 12-də İslam Partiyasının lideri, mühakimə edilmiş Mövsüm Səmədovun şikayəti üzrə qərarı elan edib. "Turan” İnformasiya Agentliyinin məlumatına görə, məhkəmə qərara alıb ki, 2011-ci ildə M.Səmədovun həbsi Avropa İnsan Hüquqları Konvensiyasında zəmanət verilmiş hüquqların pozulması ilə müşayiət olunub.
AİHM qərara alıb ki, M.Səmədovun həbsinin əsl səbəbi onun 2011-ci ilin yanvarında partiyanın tədbirində etdiyi çıxışdır. Çıxış zamanı o, məktəblərdə hicaba olan qadağaya görə hakimiyyəti kəskin tənqid edib və əhalini etiraza çağırıb. M.Səmədov "polisə tabe olmamağa” görə inzibati qaydada həbs edilib. Həbs müddəti bitdikdən sonra ona qarşı terrorizm, qanunsuz silah saxlamaq, konstitusiya quruluşunu zorla dəyişdirmək cəhdi kimi ittihamlar irəli sürülüb.
Avropa məhkəməsi müəyyən edib ki, yerli məhkəmələr M.Səmədovun azadlıq və şəxsi toxunulmazlıq, ədalətli məhkəmə araşdırması hüququnu pozublar. Məhkəmə M.Səmədova ümumi məbləği 4 min avro kompensasiya ödənilməsini qərara alıb. Hüquq müdafiəçiləri M.Səmədovu siyasi məhbus kimi tanıyıblar.
Загрузка...
Загрузка...

Xəbər lenti