İsgəndər Hüseynov məhkəmədə killerlərin silahlarını gördü, huşunu itirdi... - DİASPOR LİDERİNİN QƏTLİNİ SİFARİŞ VERMİŞDİ

27 Sentyabr 2019, 18:22
27 Sentyabr
2019
18:22
2763
Rusiyanın Ulyanovsk vilayətində 10 il əvvəl azərbaycanlı diasporunun lideri , qalmaqallı iş adamı İslam Hüseynovun qətlini sifariş verən Azərbaycan vətəndaşı , 61 yaşlı İsgəndər Hüseynovun işi üzrə növbəti məhkəmə keçirilib. Məhkəmə iclası onun huşunu itirməsi ilə yadda qalıb.
Virtualaz.org xəbər verir ki, İsgəndər Hüseynovun işi üzrə məhkəmə bir neçə gün əvvəl başlayıb. 10 il əvvəl qətl sifariş verdiyinə görə axtarışda olan İ.Hüseynov xaricdə gizlənirdi.
Amma 2019-cu ilin martında Moskvada tutulub və istintaqa təhvil verilib.
İsgəndər Hüseynov məhkəmənin ilk iclasında rus dilini "unudub” və tərcüməçi tələb edib. Habelə istintaqa verdiyi tirafedici ifadədən imtina etdiyini bildirib. Lakin məhkəmə onun istəyini yerinə yetirməyib, Hüseynovun rus dilni bildiyi qənaətinə gəlib.
İstintaqın gedişatı zamanı məlum olub ki, o, 2009-cu ildə biznesdə rəqibi, diaspor lideri İslam Hüseynovu aradan götürmək istəyib. Dostu Samit Mərdanovla ona qarşı sui-qəsd planlaşdırıb.

Plana əsasən Hüseynov və Mərdanov qətli törətməyə İjevsk sakini Həsən Daqayevi də killer qismində cəlb edərək, ona 100 min dollar pul vəd ediblər. Killerlər sahibkarı üç ay izləsələr də, cəhdləri uğursuz olub. Hadisəni törədən şəxs maşınları səhv salaraq təsadüf nəticəsində Ulyanovsk şəhərinin gömrük işçisi Yuri Abankovu və həyat yoldaşını güllələyib. Lakin onlar möcüzə nəticəsində sağ qala biliblər.
Cinayətkarlar ikinci sui-qəsd cəhdini həyata keçirmək istəyinə nail ola bilməyiblər, polis əməkdaşları tərəfindən saxlanılıblar.
Dəstə üzvlərininin hamısıa artıq 11 ildən 19 ilə qədər həbs cəzasına məhkum olublar. Ancaq cinayəti təşkil edən İ. Hüseynov məsuliyyətdən yayınaraq qaça bilib. O, bu müddət ərzində xarici pasportunu dəyişdirərək, Ukrayna və Azərbaycanda saxta ad altında gizlənə bilib. Lakin bu ilin mart ayında Moskvada tutulub və Ulyanovska təhvil verilib.
Ötən gün keçirilən prosesdə dövlət ittihamçısı İqor Ryabov qətli törətməyə cəhd edən killerlərin silahlarını məhkəmə heyətinə nümayiş etdirib. Bunlar killerlərdən müsadirə olunan və Abakovların vurulmasında istifadə edilən səsboğuculu tapança və avtomatik tüfəngdir.

Prokuror məlumat verib ki, killerlər silahları növbəti cinayət üçün saxlayırdılar.
Lakin İskəndər Hüseynov qətl üçün əldə olunan silahları görəndə qəflətən halı pisləşib və məhkəmə zalına təcili tibbi yardım çağırılıb. Hərçənd müttəhimi xəstəxanaya aparmağa ehtiyac olmayıb, ona həb verərək vəziyyətini normallaşdıra biliblər.
Məhkəmə cinayət işi üzrə daha iki şahidi dindirib. Bunlardan birincisi keçmiş polis əməkdaşı, sonradan məhkum olunan Rahimovdur.
O, killerlərə silah əldə etməkdə köməklik göstərib. Müəyyən olunub ki, qətli sifariş edən şəxs "Kalaşnikov” silahını killerlərə göndərəndə onun "zatvoru” olmayıb. Bu zaman Daqayev Rahimova müraciət edib. O, silahın həmin hissəsini xidməti silahından çıxararaq cinayətkara təhvil verib. Məhkəmədə keçmiş polis əməkdaşı bunu təsdiqləyib. İkinci şahidin isə kimliyi açıqlanmayıb, o gizli şahid statusunda qonşu otaqdan dindirilib.
Şahid qətl planını Mərdanovun onun yanında müzakirə etdiyini açıqlayıb. Şahid ondan İ. Hüseynovun iş adamını öldürmək niyyətinin, İjevskdən killer sifariş etməsi barədə eşitdiyini, lakin planın uğursuz olduğunu bildirib.
İş üzrə növbəti məhkəmə sentyabrın 30-da baş tutacaq. Müttəhim İ.Hüseynov ömürlük həbs cəzasına məhkum ola bilər.
Xəbər lenti
-
11:55Oğlu şəhid olan xalq artisti: “Nazir balaları Londonda, Avropada, amma torpağı xilas eləmək...”
-
11:51Mübariz Mənsimovun məhkəməsi başladı
-
12:52Azərbaycanın nəzarət etdiyi ərazilərdə erməni döyüşçülərin cəsədlərinin axtarışına icazə verdiyi iddia olunur
-
12:48Fəxrəddin Manafovun xanımı vəfat etdi
-
12:46“Vəhşi Arman” “Qızıl Rövşən”i oteldə döydüklərini təsdiqləyir və onu “qorxaq” adlandırır - DUBAYDAKI NÜFUZLU DAYININ ƏMRİ
-
12:39Bloger və aktyor məhkəmə zalında həbs olundu
-
12:36“Qan içində, şüşəsi güllələnən maşınla karantin postuna gedərdilərmi?” - Polisin güllələdiyi şəxslərin məhkəməsindən
-
22:49Səfir oğlunun Rasim Məmmədovla əlaqələrini gizlətməsinin sirri - Faktlar
-
22:43Elton Məmmədovun oğlunun şikayəti ilə üzə çıxan cinayətlər - “Zaminbank”ın Müşahidə Şurasının sədrinin işi
-
22:39“Laçın təndiri”nin qarşısında heç nəyə görə tökülən qan - “ZARAFATCIL OĞLANLARIN” DAVASINA GÖRƏ 25 YAŞLI RAMİD İNDİ HƏYATDA YOXDUR...
-
22:36İtkin düşən polkovnik-leytenantın da şəhid xəbəri gəldi
-
17:22AİHM Azərbaycan hökuməti baş redakora 6 min avro ödəməlidir
-
23:38“Qara Qafur” bacısı oğlu “Qızıl Rövşən”i niyə xüsusi qəddarlıqla döydürdü... - 45 MİLYON DOLLAR, “MAYBACH” , “YUMURTA OYBEK” VƏ DAHA NƏLƏR
-
23:29“Qazanan Cahangir Əsgərov və ətrafıdır”
-
21:31Şəhid anası itkin düşüb
-
21:30Bakıda evdən 5 nəfərin meyiti tapıldı
-
21:29Bakıda məhkəmə zalında 4 dustaq qollarını ülgüclə doğradı
-
21:28Ramiz Mehdiyev 500-dən çox işçinin bağ sahəsini əlindən aldı
-
21:22Naxçıvandakı Ağbulaq Xizək Mərkəzi Vasif Talıbovun şəxsi obyektidir
-
18:45“Həmid” avtosalonu qadını özünü öldürmək həddinə çatdırıb
-
18:39Roza İlhaməyə məhkəmədə uduzdu – ÜZR İSTƏYƏCƏK
-
10:24Ramiz Mehdiyev Elmira Axundovaya Ali Məhkəmədə dəstək verəcək?
-
22:35Əli Həsənova 2 milyardlıq korrupsiya ittihamı – onun istintaqda dindirildiyi deyilir
-
22:28Azərbaycan Türkiyədən SOM qanadlı raketləri alır - 250 KİLOMETRDƏN UZAQ MƏNZİLLİ, YÜKSƏK DƏQİQLİKLİ...
-
22:25Masallıda AXCP fəalı həbs olundu
-
17:00Şuşada məktəbin təməlini Əliyev, Ərdoğan və Baxçalı birlikdə qoyacaq - “DEDİ MƏN QARDAŞIMSIZ GETMƏRƏM...”
-
16:39Prokurorluq əməkdaşının ölümündə adı hallandırılan xanım şirkət rəhbəri qandallandı
-
16:21Piyadanı küçənin ortasında bir neçə yumruq zərbəsi ilə öldürdü... - AZƏRBAYCAN VƏTƏNDAŞI HADİSƏ YERİNDƏN QAÇMAQ İSTƏDİ
-
13:47Bələdiyyə sədri və müavini məhkəmə qarşısında
-
13:44“Yayılan məlumatlar həqiqətə uyğun deyil” - DTX
-
13:43XTQ gizirinin də şəhid xəbəri gəldi
-
13:41“Turan”ın məşqçisinin tələbə oğlu intihar etdi
-
12:18Bakıda Lənkəranskinin qardaşının restoranında əməliyyat
-
01:388 yaşlı azərbaycanlı Emili dəfn etmək üçün bir aya yaxındır yer tapmırlar...
-
01:34Ali Məhkəmə "Lider" telekanalının rəhbərliyinə "yox" dedi
-
23:16Tənha ana: Bu haqsızlıq davam etsə, özümü öldürəcəm
-
23:15Azərbaycanda çörəyin qiyməti 20 faiz bahalaşıb
-
23:11Qadın güləşçi: Polislər dedi ki, belə ifadə verməsən, başını qırxacağıq
-
23:09Daha bir şəhidimiz dəfn olundu
-
23:05Azərbaycana qarşı aparılan hibrid müharibə - ƏRƏSTUN ORUCLUNUN YAZISI
03 Mart 2021
27 Fevral 2021
25 Fevral 2021
23 Fevral 2021
20 Fevral 2021
19 Fevral 2021
18 Fevral 2021
17 Fevral 2021
Digər xəbərlər
-
Manşet, Foto, Dosye
Milyardlarla dolları Avropada "yuyan" Zaur Balayev istintaqa kələk gəlmək istədi - "RÖVŞƏN LƏNKƏRANSKİNİ ŞƏXSƏN TANIDIĞINI, QƏTLLƏR HAQDA BİLDİYİNİ DEYİRMİŞ...
-
Manşet, Foto, Dosye
İzlənildiyi ilə bağlı Əbiyevlə Mahmudova raport verən generalın qətlindən 12 il ötdü
-
Foto, Dosye
Polisdə işgəncəyə görə kompensasiya: Ramin Şahmarov dövlətdən 100 min rubl alacaq
-
Foto, Dosye
Zakir Qaralovun “ömürlükləri” AZADLIĞINA QOVUŞA BİLƏCƏKMİ?
-
Manşet, Foto, Dosye
Akif Çovdarovun vəkilindən sensasion müsahibə - “Tağı Əhmədovu onun üzünə durmağa məcbur etmişdilər”
-
Manşet, Foto, Dosye
Mübariz Mənsimovdan növbəti sərt məktub: "Yalnışmı yapdım sayın Ərdoğan?"
-
Manşet, Foto, Dosye
Oqtay Əsədovun terror şəbəkəsinin üzvü ilə fotosu üzə çıxıb
-
Manşet, Foto, Dosye
Elmira Axundovaya pul daşıyan şəxsin fotosu yayıldı
-
Manşet, Foto, Dosye
Salyanda polis tərəfindən zorlandığı deyilən 21 yaşlı qızın istintaqda dedikləri: "Həmzənin sağ yanına bir zərbə endirib bıçağı çıxardım..."