İsgəndər Həmidovun ona ittiham verən müstəntiqə cavabı: "Sənin kimi bir .... məhkəmədə olacaq və ..."

19 Avqust 2019, 12:14
19 Avqust
2019
12:14
2779
Tanınmış vəkil Azərbaycanın sabiq daxili işlər naziri olmuş İsgəndər Həmidovun məhkəməsi ilə bağlı xatirələrini yazıb. Criminal.az həmin yazını təqdim edir:
İSKƏNDƏR HƏMİDOVUN MƏHKƏMƏSİ
İsgəndər Həmidovla şəxsi tanışlığımız bu məhkəmədən xeyli əvvələ təsadüf esir. Onunla bağlı müxtəlif tipli xatirələrim var. Belə xatirələrimdən biri 1993-cü ilin fevralında AXC-nin qurultayı günü Lenin sarayının qarşısında olan görüşümüzə aiddir. Bəyin yadında qalıbsa özü danışsa məmnun olaram, yadında deyilsə və etiraz etmirsə mən danışaram. İndi isə onu deyim ki, İsgəndər bəy koloritli simadır, bütün mənfi və müsbətlərinə rəğmən çox səmimi insandı, hətta bəzi məqamlarda bu səmimilik sadəlövhlük həddinə çatır. Onun xətri mənim üçün əzizdir və bilirəm ki, bu qarşılıqlıdır. İndi də ara-sıra xeyir-şər məclislərində görüşürük.
Qayıdaq Həmidovun məhkəməsinə, İgkəndər Həmidov vəkil kimi müdafiə etdiyim nazir postu tutmuş şəxslərdən biri, daha doğrusu birincisi idi. Həmidovun məhkəməsi 1995-ci ildə, Azərbaycan Respublikasının 1-ci çağırış Milli Məclisinə seçkilər ərəfəsinə düşdü. İşə Azərbaycan Respublikasının Ali məhkəməsində baxılırdı. Onda hələ ağır cəzalar, üzr istəyirəm ağır cinayətlər məhkəmələri yox idi. İşə Ali Məhkəmənin hakimi Mansur İbayev baxırdı. (Ramil Səfərovun işində olduğu kimi xalq iclasçıları, yəni peşəkar hakim olmayan sağdış, soldışla).

Mansur İbayev
Həmidov dövlət əmlakını mənimsəmə, qulluq mövqeyindən sui-istifadə etmə və digər ağır cinayətlərdə ittiham olunurdu, bu barədə bir qədər sonra. İttihamnamədə (o vaxt ittiham aktı belə adlanırdı) səhv etmirəmsə 50 nəfərə kimi şahidin dindirilməsi nəzərdə tutulurdu. Zərdüşt Əlizadə zərərçəkmiş şəxs idi. Zərdüştə vurduğu şilləyə görə Həmidovu ölüm cəzası, ya da 15 ilə kimi azadlıqdan məhrum etmə gözləyirdi. Həmidova bu əmələ görə müharibə şəraitində hərbçinin səlahiyyət hədlərini aşması maddəsi verilmişdi.
Məhkəmənin birinci günü ittiham elan edildi, Həmidov dindirildi və təbii ki, ittihamları qəbul etmədi. Mən həmişə bu fikirdə olmuşam kii, o, ittihamların hamısı qanunsuz və əsassız idi. Məhkəmə çıxışında da dedim ki, prokurorluq günahla təqsiri səhv salıb. Həmidovun günahları çox ola bilər. Amma elan edilmiş ittihamda onun təqsiri yoxdur. İkinci və üçüncü məhkəmə iclaslarında ən çoxu 10 nəfərə kimi şahid dindirildi. Bunlardan yadımda qalan iki nəfər general mayor Aleksandr Vasyak və Milli Məclisin üzvü Rauf səhv etmirəmsə, soyadı İsmayılov idi. Hər ikisi Həmidovun əleyhinə heç nə danışmadı. Zərdüşt Əlizadənin məhkəməyə gəlib-gəlməməsini xatırlamıram.
Beləliklə, 10 şahidi dindirdikdən və üçüncü məhkəmə iclasında fasilədən qayıtdıqdan sonra hakim gözlənilmədən məhkəmə istintaqının bitdiyini elan edildi. Aydın məsələdir ki, mən etiraz etdim. Hakimi qanunlara hörmət etməyə çağırdım. İttihamın şahidləri dindirilmədən, bizə əlavə şahidlər dəvət etmək üçün şərait yaradılmadan, məhkəməyə gəlməyən şahidlərin ifadələri, işdə olan ekspertiza rəyləri və digər sənədlər elan edilmədən məhkəmə istintaqının başa çatmasının qanunsuz olmasını dedim. Amma sədrlik edən mənə qulaq asmaq belə istəmədi və çıxışlara keçdi.
Birinci çıxış üçün sözü dövlət ittihamçısına-prokurora verdi. Görünürdü ki, prokuror hadisələrin bu cür inkişafına hazır idi, bunu əvvəlcədən bilirdi. 10-15 dəqiqə çıxış edib məhkəmədən Həmidova 15 il azadlıqdan məhrumetmə cəzası verilməsini xahiş etdi. Sədr çıxış üçün mənə söz verdi. Yerimdən qalxaraq çıxışa hazır deyiləm dedim. Hakim 5 dəqiqə fasilə elan etdi və zaldan çıxdı. Fasilədə katib mənə yaxınlaşıb dedi ki, İbayev çağırır. Mən hakimin otağına getdim. İbayev dedi ki, ona tapşırıq verilib bu gün məhkəmə bitməlidir və hökm oxunmalıdır. Cavab verdim ki, mən bu vəziyyətdə çıxış edə bilmərəm. Yenə də yadına saldım ki, istintaqın bu vəziyyətdə bitməsi qanunları tapdalamaqdır. Hakim dediyində israr edəndə otaqdan çıxdım...
İSGƏNDƏR HƏMİDOVUN MƏHKƏMƏSİNİN DAVAMI - ALPİNİSTİN BİRİNCİ UĞURSUZLUĞU
Süni yaranmış fasilədə mənə çoxlu sayda, müxtəlif səviyyələrdə zənglər oldu. Hamı bir şey, mənim bu gün çıxış etməyıimi xahiş edirdi, hamıya da eyni cavab verirdim bu qanunsuzdu və çıxış etsəm özümə olan hörmətimi itirərəm. Fasilədən qayıdan İbayev yenidən çıxış etmək üçün mənə söz verdi. Hazırlaşmaq üçün vaxt istədim, çünki vəziyyətin gərginləşməsi göz qabağında idi. Hakimin nə qədər sualına 1 həftə cavabını verdim. İbayev yenidən fasilə elan etdi, məni çağırdı. Dedi ki, bir həftə çoxdur, heç olmasa sabah çıxış et, yoxsa özümə də, ona da problem yaşadacam. Bu sözlərdən sonra razılaşdıq ki, mənə çıxışa hazırlaşmaq üçün iki gün vaxt verir.

Zala qayıdanda İbayev iki gün fasilə elan etdi.
İki gün sonra mən prosesdə çıxış etdim. Çıxışa belə başladım: "Hörmətli məhkəmə, hörmətli proses iştirakçıları, mən iki günlük fasilə zamanı nə çıxış edəcəyimi çox götür qoy etdim. Belə qərara gəldim ki, sizə lətifə danışım, hər şey aydın olsun və indi hüquqşünasların çoxuna tanış olan bu lətifəni birinci dəfə danışdım.
"Iki vəkil oturub yeyib-icirlər və alpinist barədə videofilmə baxırlar. Biri o birinə deyir ki, 100 dollardan (əvvəl manat yazacaqdım, sonra yadıma düşdü ki, o vaxt manat çox ucuz idi) mərc gələk, mən deyirəm ki, alpinist zirvəyə cıxacaq, o biri mərcə razılaşır və deyir ki, cıxmayacaq. Filmin sonunda alpinist zirvəyə çıxhaçıxda əli boşa çıxır və yıxılır. Mərc təklif edən vəkil 100 dolları həmkarına vermək istəyəndə həmkarı gülür və pulu götürmək istəmir. Deyir ki, o bu filmə bir gün əvvəl baxdığından sonunu bilirmiş. Uduzan vəkil əl çəkmir, uduzduğu pulu verməyə israr edir və deyir ki, o da bu filmə baxıb amma ümid edirmiş ki, alpinist bu gün zirvəni fəth edəcək”

... Zala bir sükut çökdü və mən çıxışımı belə tamamladım. Hörmətli məhkəmə, mən bu iş üzrə nəticənin necə olacağını başa düşürəm, amma ümid edirəm ki, alpinist sizin köməyinizlə zirvəyə çıxacaq. Məhkəmə İsgəndər Həmidova 14 il azadlıqdan məhrumetmə cəzası verdi və alpinist zirvəyə çıxmadı. Bu lətifəni sonrakı illərdə bir neçə dəfə təkrarlamağa məcbur olmuşam.
Burda həmin işlə bağlı bir xatirəmi də sizinlə bölüşüm. Həmidovun işi üzrə istintaq bitəndə, onun işini aparan müstəntiqlə maraqlı mən deyərdim ki, ibrətamiz dialoqları oldu.
Müstəntiq dedi ki, bəy, sənin əməlində ümumiyyətlə cinayət tərkibi yoxdu. Amma mən özüm bilə-bilə sənə ən ağır maddələr vermişəm. Çünki yüngül maddə versəm məhkəmə sənə 3-5 il iş verəcək. Ağır maddə ilə isə heç bir məhkəmə hökm çıxarmaz, sənə bəraət verəcəklər. İsgəndər də qayıdıb dedi ki, Vahid, sənin kimi bir .... məhkəmədə olacaq və mənə sənin verdiyin maddələrlə ən ağır cəza verəcək. Həyat onun haqlı olduğunu göstərdi. Arada bu dialoqun məzmununu iştirak etdiyim proseslərdə müstəntiqlərə və hakimlərə danışıram.
Xəbər lenti
-
07:16Nazim İbrahimovun qardaşı yenidən həbs edildi
-
07:12Kəmaləddin Heydərovun İngiltərədəki daha bir şirkəti ləğv edilir
-
07:08Hərbi prokuror "Tərtər İşi” işgəncələrindən danışdı: "Danışılanlar nağıldır..."
-
06:58Vəkil: "Hüseyn Abdullayevin bağırsağından qan açılıb"
-
13:06Aclıq aksiyası keçirən ahılların səhhəti pisləşib
-
12:38Əli Heydərovu öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı
-
20:47Azərbaycana kartofun içərisində 213 kq-dan çox heroin keçirmək istədilər
-
16:57Xalid Bağırovu vəkillikdən uzaqlaşdıran, İlqar Məmmədova ağır cəza kəsən hakim vəfat etdi, oğlu həbs olundu
-
16:55“Yoldan torba tapdı”, içindən zəhər çıxdı
-
16:50“Zəngəzur dəhlizinə qayıdırıqsa, niyə də İrəvana qayıtmayaq?”
-
16:46Sumqayıtlı Mübarizin “Kursovka”sı yayıldı – Nazir olan korpusun pradolundakı balandyor da bahalı siqaret çəkməlidir
-
03:47Hüseyn Abdullayev: Ölüm aclığına başlayıram
-
03:44Partiyanın sədr əvəzi İlham Əliyevə 18 il həbs tələbi
-
03:41“Mənə qarşı hərbi çevriliş etmək istəmişdilər”
-
23:38Sensasion iddia: "Polis qız zorlanan evə kamera qoyub"
-
21:56İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışını etdi
-
21:51“Qanuni oğru” Əli Heydərovu (“Albert Rıjiy”) güllələyən Taleh Orucovdur
-
21:47Azərbaycanlı “qanuni oğru” qətlə yetirildi
-
21:395 ahıl qadın ölüm aclığına başladı – baş prokurordan ədalət tələb edirlər
-
11:38"Mən ona kömək edəndə bilməzdim ki, polisdən uzaqlaşdırılaram..." - VİLAYƏT EYVAZOVA MƏKTUB
-
11:27Koronavirusdan həm bacısını, həm də qardaşını itirdi
-
11:22“İdeal”ın keçmiş sahibinin anası: Acgöz, “mənəm qanun” deyən məmurlar oğlumu əlimdən alır
-
11:15Türkiyə koronavirusa yoluxan biznesmen üçün Bakıya təyyarə göndərdi - BURADA MÜALİCƏ ALMAQ İSTƏMƏYİB
-
11:10Ermənistanda rus generalın qızının meyiti tapıldı
-
11:09Yasamalda binaya atəş açan şəxs qaçarkən qəza törətdi
-
11:08Hadı Rəcəblinin restoranında toy edənlər cərimələndi
-
06:18“Abu İbrahim Dağıstani” ilə birlikdə həbs edilən Elçin Qasımova cəza kəsildi
-
20:41Baş prokuror itkin düşənlərlə bağlı işi xüsusi nəzarətə götürdü
-
17:14Müdafiə Nazirliyi: İtkin düşən hərbçiləri axtaranlar minaya düşüb
-
17:10Müdafiə Nazirliyinin polkovniki koronavirusdan vəfat etdi
-
22:23“İdeal”ın keçmiş sahibinin həbsinin detalları bilindi
-
19:17"İdeal"ın keçmiş sahibi HƏBS OLUNDU
-
14:54İtkin düşən daha bir hərbi qulluqçunun nəşi tapılıb
-
14:21Hakimiyyətlə müxalifəti bir-birinə vurduran "porno ulduz" niyə istintaqa cəlb edilmir?
-
12:44Nazirlik Rəmişin koronavirusdan öldüyünü açıqladı
-
11:01Əhməd Əhmədzadəyə yeni vəzifə verildi
-
10:59Dünən həbs olunan generalların törətdiyi əməllər açıqlandı
-
10:53“AXCP üzvünə qarşı yalan ifadə vermədiyinə görə həyatını məhv edirlər”
-
10:5144 günlük Vətən müharibəsində HHQ-nin məhv etdiyi düşmən hədəfləri
-
00:01AMEA-dakı pozuntularla bağlı cinayət işi açıldı
18 Aprel 2021
14 Aprel 2021
13 Aprel 2021
12 Aprel 2021
08 Aprel 2021
07 Aprel 2021
06 Aprel 2021
Digər xəbərlər
-
Manşet, Dosye
Cəmiyyəti sarsıdan “Tərtər işi”nin istintaqının yenidən araşdırıla bilər - GƏLİŞMƏ HADISE
-
Manşet, Dosye
Rail Rzayev hansı generalın iştirakı ilə öldürülüb?
-
Manşet, Dosye
Elmar Hüseynovun qətlinin araşdırılmasındakı səriştəsizlik
-
Manşet, Dosye
“Vəhşi Arman” “Qızıl Rövşən”i oteldə döydüklərini təsdiqləyir və onu “qorxaq” adlandırır - DUBAYDAKI NÜFUZLU DAYININ ƏMRİ
-
Manşet, Dosye
"Məsləhət gördü ki, yazmamışdan əvvəl cəbhəçilər, xüsusən də Sülhəddin Əkbərlə mütləq görüşüm"
-
Manşet, Dosye
“AKİF BABA” VƏ “ŞREK” – Eldar Mahmudova “piyaniska” deyir, Ramiz Mehdiyevi lənətləyirlər...
-
Manşet, Dosye
"Dustaqlar deyirdi ki, Çovdarovu "sever"ə aparıb, üzdəniraq edəcəyik!" - Keçmiş müstəntiq "Akif baba" haqda yazır
-
Manşet, Dosye
Eldar Mahmudovun ABŞ səfirinə dedikləri: “Elmar Hüseynov həmin nazirdən 2 milyon dollar tələb edib və elə buna görə öldürülüb”
-
Manşet, Dosye
Azərbaycan Ordusuna qarşı törədilmiş cinayətin arxasında kim durur? - SABİQ TƏHLÜKƏSİZLİK ZABİTİNDƏN SENSASİON YAZI