İşdən çıxarılan gənc özünü yandırdı İşdən çıxarılan gənc özünü yandırdı

İşdən çıxarılan gənc özünü yandırdı
Загрузка...
İşdən çıxarılan və maaşını ala bilməyən şəxs özünü yandırıb. Criminal.az xəbər verir ki, sosial şəbəkədə Azərbaycanda daha bir intihara cəhd barədə məlumat yayılıb.

Məlumata görə, Naxçıvan MR Şərur rayonu, Alşar kənd sakini Quliyev Meysəm Bağır oğlu işdən çıxarıldığı və əmək haqqı verilmədiyi üçün özünü yandırıb.
Bildirilir ki, M.Quliyev rayonun Yaşıllaşdırma İdarəsində işləyirmiş. Onun iki aylıq maaşı verilməyib, üstəlik özünü də gözlənilmədən işdən çıxarıblar.

M.Quliyev verilməyən maaşını istəyib, müsbət cavab ala bilməyəndə idarə rəhbərliyini xəbərdar edib ki, maaşı ödənilməsə, özünü yandıracaq. İdarənin rəhbərliyi isə ona "Yandlrmasan kişi deyilsən" cavabını verib. M.Quliyev də özünü yandırıb.
Загрузка...
Загрузка...

Xəbər lenti