İşçilərinin qanını satan baş həkimin həbsinin sensasion təfərrüatları

30 Yanvar 2021, 12:40
30 Yanvar
2021
12:40
164
Cəlil Nəzərovun təkcə Masallıda deyil, ölkə xaricində, əsasən Türkiyədə də biznesinin olduğu deyilir
Masallıda rayon mərkəzi xəstəxanasının baş həkimi Cəlil Nəzərovun həbsi geniş müzakirə mövzularındandır. Uzun illər vəzifədə olan Cəlil Nəzərovu rayonda "başçıları susuz yola salan” baş həkim kimi tanıyırlar.
Cəlil Nəzərov yanvarın 22-dən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.
Binəqədi Rayon Məhkəməsi barəsində həbs-qətimkan tədbiri seçib.
Ona Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham verilib. Bir çoxları baş həkimin həbsini gecikmiş hesab edir. İllərlə rayon mərkəzi xəstəxanasına rəhbərlik edən Cəlil Nəzərov Masallıda daha çox məmur-biznesmen kimi tanınır.
Onun baş həkim kimi işçilərinin sözün əsl mənasında qanından belə pul qazanması haqda məlumatlar illərdir ki, dövriyyədədir.
Hər il Masallıda tibb işçilərinin könüllü qanvermə aksiyası keçirilir. Masallı Mərkəzi Xəstəxanasının sabiq baş həkimi Cəlil Nəzərov aksiyanın gedişatında yeni "qayda” tətbiq edib.
Belə ki, səhhəti imkan verməyən və digər hər hansı səbəbdən qan vermək istəməyən tibb işçiləri qan əvəzinə baş həkimə pul ödəyib. Cəlil Nəzərovun "qaydasına” görə "cərimənin” məbləği 20 manat olub. Qan və ya 20 manat ödəməyən tibb işçisi işdən çıxarılma ilə hədələnib. Şikayətçilər Oxu.az-a deyib ki, hər il keçirilən qanvermə aksiyası baş həkimin əlavə qazanc yeri imiş.
İddiaya görə, bu aksiyada qan hansısa xeyriyyə məqsədi ilə deyil, satılmaq üçün yığılıb.

Miyanku kendi, Masalli - YouTube
İşçilərin qanını belə alver predmetinə çevirə bilən Cəlil Nəzərovun Masallının Hişkidərə kəndi ərazisindəki "Qamo” istirahət mərkəzi Masallı və ətraf rayonların rəhbər şəxslərinin, deputatlarının sevimli istirahət mərkəzi olub. Belə məclislərdən birində Cəlil Nəzərovun 2-3 manatlıq arağı alıb çox bahalı içki kimi deputatlardan birinə içirtməsi hələ də gülüş üçün yada salınan olaylardandır. Həmin kef məclisinin şahidləri deyir ki, "bomj” arağını bəh-bəhlə içən deputat sonda ləngər vurub, ayaqları bir-birinə qarışıb və yerə çırpılmışdı. Deputatın ağzından protez dişlərinin çıxıb bir kənara düşməsi, Cəlil Nəzərovun yerdə əl-qol atıb ayağa qalxmağa çalışan deputatı videoya çəkməsi də bir başqa söhbətdir.
Masallı xəstəxanasının direktoru Cəlil Nəzərov belə həbs edildi - YouTube
"Qamo”nun Cəlil Nəzərovun oğlu Xaliq Nəzərovun adına olduğu bildirilir.
Qeyd olunur ki, rayona hər yeni başçı təyin olunanda Cəlil Nəzərov ona "Qamo”ya şərik olduğunu deyib, özünə qarşı loyallığı təmin edirmiş. Bu şərikliyi başçı vəzifəsindən çıxarılandan sonra bitirib. Bu minvalla "Qamo”nu böyük istirahət mərkəzinə çevirib. "Qamo” talış dilində "isti su” deməkdir. Bu istirahət ocağı Masallı rayon mərkəzindən 20, Boradigah qəsəbəsindən 7 km aralıda (Hişkədərə - Miyankü - Kubin kəndləri istiqamətində) yerləşir. Mərkəzdə 6 müalicəvi isti su vanna otaqları yerləşir. Bu vanna otaqlarında 55 dərəcəyə yaxın müalicəvi isti sudan istifadə olunur. Hansi ki, vannalarda müalicə qəbul edənlər dəri, revmatizm, oynaq ağrıları və digər xəstəliklərdən şəfa tapırlar.
"Qamo”da 6 kottec, 4 ədəd hotel otağı yerləşir ki, burada da eyni vaxtda 30-35 nəfər qonağın qəbul edilməsi mümkündür. Burada 8 çardaq, 1 qapalı, həmçinin 200 nəfərlik açıq, ikimərtəbəli restoran var. 100 nəfərlik hovuz (140 sm dərinlik); Uşaqlar üçün əyləncə yeri; Toy, ad günləri, yubiley və digər mərasimlərin keçirilməsi; paintball; masaj; sauna xidməti; süni şəlalə; bilyard, tenis və digər stolüstü oyunlar; uşaqlar üçün daha böyük məcarə düşərgəsi; meşənin içində piknik əraziləri; Türkiyədə 5 ulduzlu hotellərdə çalışmış konki ilə hərəkət edən qızların serviz xidməti; Şərq üslubunda çay və şirniyyat evi və s. xidmətlər göstərilir.

Cəlil Nəzərovun "Qamo”su 2014-cü ildə ölkə mətbuatının gündəmində idi. Həmin vaxt istirahət mərkəzindəki hovuzda Masallının Qarğalıq kənd sakini olan 10 yaşlı Rauf İlkin oğlu Novruzov boğulmuşdu. Uşaq ilkin olaraq Masallı Regional Təcili Yardım Xəstəxanasının baş həkimi Firudin Qənbərovun evinə aparılıb. Lakin uşağın öldüyü və ona heç cür yardım etməyin mümkün olmadığını biləndən sonra meyit Cəlil Nəzərovun evinə götürülüb. Bundan sonra uşağın qarpızdan zəhərləndiyi versiyası dövriyyəyə buraxılmışdı. Ortada uşağın boğulma videosu ola-ola ölümü "qarpızdan zəhərlənmə” kimi qeydə almışdılar. Sonradan uşağın boğulma anı olan video da saytlardan yoxa çıxarıldı. Beləcə, Cəlil Nəzərovun istirahət mərkəzindəki ölüm işi bağlandı, "Qamo” heç nə olmamış kimi fəaliyyətini davam etdirdi.
Cəlil Nəzərovun varidatı bununla bitmir. Onun ölkə xaricində, əsasən Türkiyədə də biznesinin olduğu iddia olunur. Bildirilir ki, Cəlil Nəzərov həbs ediləcəyi ilə bağlı əvvəldən məlumatlı olub. Buna görə də əlində olan pul-paranı toplayıb gizlətməyə çalışıb. Qəfil əməliyyat zamanı maşınından külli miqdarda pul və qızıl götürülməsi iddiası da var.
Xəbər lenti
-
19:16Mübariz Mənsimov: "Satqınları və xəyanətkarları Allaha tapşırıram"
-
19:36Bakıda İcra Hakimiyyətində korrupsiya həbsləri – şöbə müdiri qandallandı
-
17:34Həbs edilən qazi azadlığa buraxıldı
-
17:33Prezidentə istefa tələb edən ictimai fəal haqqında hökm çıxarıldı
-
16:39Şəhla Hümbətova Vəkillər Kollegiyasından çıxarıldı
-
16:34Ramiz Mehdiyev qurultaydan danışdı
-
16:29Ramiz Mehdiyevlə Əli Həsənov YAP rəhbərliyindən uzaqlaşdırıldı
-
14:32Mübariz Mənsimov azadlıqda!
-
12:53Cahangir Əsgərovun həyat yoldaşının SƏRVƏTİ
-
12:15Elmar Hüseynovun qətlinin araşdırılmasındakı səriştəsizlik
-
11:55Oğlu şəhid olan xalq artisti: “Nazir balaları Londonda, Avropada, amma torpağı xilas eləmək...”
-
11:51Mübariz Mənsimovun məhkəməsi başladı
-
12:52Azərbaycanın nəzarət etdiyi ərazilərdə erməni döyüşçülərin cəsədlərinin axtarışına icazə verdiyi iddia olunur
-
12:48Fəxrəddin Manafovun xanımı vəfat etdi
-
12:46“Vəhşi Arman” “Qızıl Rövşən”i oteldə döydüklərini təsdiqləyir və onu “qorxaq” adlandırır - DUBAYDAKI NÜFUZLU DAYININ ƏMRİ
-
12:39Bloger və aktyor məhkəmə zalında həbs olundu
-
12:36“Qan içində, şüşəsi güllələnən maşınla karantin postuna gedərdilərmi?” - Polisin güllələdiyi şəxslərin məhkəməsindən
-
22:49Səfir oğlunun Rasim Məmmədovla əlaqələrini gizlətməsinin sirri - Faktlar
-
22:43Elton Məmmədovun oğlunun şikayəti ilə üzə çıxan cinayətlər - “Zaminbank”ın Müşahidə Şurasının sədrinin işi
-
22:39“Laçın təndiri”nin qarşısında heç nəyə görə tökülən qan - “ZARAFATCIL OĞLANLARIN” DAVASINA GÖRƏ 25 YAŞLI RAMİD İNDİ HƏYATDA YOXDUR...
-
22:36İtkin düşən polkovnik-leytenantın da şəhid xəbəri gəldi
-
17:22AİHM Azərbaycan hökuməti baş redakora 6 min avro ödəməlidir
-
23:38“Qara Qafur” bacısı oğlu “Qızıl Rövşən”i niyə xüsusi qəddarlıqla döydürdü... - 45 MİLYON DOLLAR, “MAYBACH” , “YUMURTA OYBEK” VƏ DAHA NƏLƏR
-
23:29“Qazanan Cahangir Əsgərov və ətrafıdır”
-
21:31Şəhid anası itkin düşüb
-
21:30Bakıda evdən 5 nəfərin meyiti tapıldı
-
21:29Bakıda məhkəmə zalında 4 dustaq qollarını ülgüclə doğradı
-
21:28Ramiz Mehdiyev 500-dən çox işçinin bağ sahəsini əlindən aldı
-
21:22Naxçıvandakı Ağbulaq Xizək Mərkəzi Vasif Talıbovun şəxsi obyektidir
-
18:45“Həmid” avtosalonu qadını özünü öldürmək həddinə çatdırıb
-
18:39Roza İlhaməyə məhkəmədə uduzdu – ÜZR İSTƏYƏCƏK
-
10:24Ramiz Mehdiyev Elmira Axundovaya Ali Məhkəmədə dəstək verəcək?
-
22:35Əli Həsənova 2 milyardlıq korrupsiya ittihamı – onun istintaqda dindirildiyi deyilir
-
22:28Azərbaycan Türkiyədən SOM qanadlı raketləri alır - 250 KİLOMETRDƏN UZAQ MƏNZİLLİ, YÜKSƏK DƏQİQLİKLİ...
-
22:25Masallıda AXCP fəalı həbs olundu
-
17:00Şuşada məktəbin təməlini Əliyev, Ərdoğan və Baxçalı birlikdə qoyacaq - “DEDİ MƏN QARDAŞIMSIZ GETMƏRƏM...”
-
16:39Prokurorluq əməkdaşının ölümündə adı hallandırılan xanım şirkət rəhbəri qandallandı
-
16:21Piyadanı küçənin ortasında bir neçə yumruq zərbəsi ilə öldürdü... - AZƏRBAYCAN VƏTƏNDAŞI HADİSƏ YERİNDƏN QAÇMAQ İSTƏDİ
-
13:47Bələdiyyə sədri və müavini məhkəmə qarşısında
-
13:44“Yayılan məlumatlar həqiqətə uyğun deyil” - DTX
06 Mart 2021
05 Mart 2021
03 Mart 2021
27 Fevral 2021
25 Fevral 2021
23 Fevral 2021
20 Fevral 2021
Digər xəbərlər
-
Manşet, Foto, Korrupsiya
Bakıda İcra Hakimiyyətində korrupsiya həbsləri – şöbə müdiri qandallandı
-
Manşet, Korrupsiya
Cahangir Əsgərovun həyat yoldaşının SƏRVƏTİ
-
Manşet, Korrupsiya
Səfir oğlunun Rasim Məmmədovla əlaqələrini gizlətməsinin sirri - Faktlar
-
Korrupsiya
“Qazanan Cahangir Əsgərov və ətrafıdır”
-
Manşet, Foto, Korrupsiya
Naxçıvandakı Ağbulaq Xizək Mərkəzi Vasif Talıbovun şəxsi obyektidir
-
Manşet, Korrupsiya
Əli Həsənova 2 milyardlıq korrupsiya ittihamı – onun istintaqda dindirildiyi deyilir
-
Manşet, Korrupsiya
Prokurorluq əməkdaşının ölümündə adı hallandırılan xanım şirkət rəhbəri qandallandı
-
Sənəd, Manşet, Foto, Korrupsiya
Nazir müavini xanım məmurla Çexiyada şirkət işlədir
-
Sənəd, Manşet, Foto, Korrupsiya
23 il baş nazirin müavini olan Abid Şərifov nəvəsinə Şəkidə istirahət kompleksi tikdirib