İş adamının kürəkəni “Range-Rover”lə 4 nəfəri öldürdü İş adamının kürəkəni “Range-Rover”lə 4 nəfəri öldürdü

İş adamının kürəkəni “Range-Rover”lə 4 nəfəri öldürdü
Novxanı-Sumqayıt yolunda "Range-Rover” qəza törədib. APA xəbər verir ki, "Spring” otelin qarşısında Kərbalayev Elşad Məhərrəm oğlu idarə etdiyi 10-CO-002 dövlət nömrə nişanlı "Range-Rover” markalı nəqliyyat vasitəsilə piyadanı vuraraq öldürüb.
Hadisə yerindən qaçmağa çalışan sürücü daha sonra "Damas” markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin gücündən "Damas”da olan 3 nəfər ölüb. Sürücü Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, sərxoşdur.
Qeyd edək ki, E.Kərbalayev Masazırda yerləşən "Qurtuluş-93” yaşayış kompleksinin rəhbəri Məhərrəm Novruzovun kürəkənidir. 





Xəbər lenti